Müsavat Partiyası İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Lent.az APA-ya istinadla xəbər verir ki, aksiya iştirakçıları İranda yaşayan azərbaycanlıların haqlarının Tehran rejimi tərəfindən pozulmasına etiraz ediblər.
Piketdə "Azadlıq, ədalət, milli hökumət" şüarları səsləndirilib.
Polis əməkdaşları piket iştirakçıları ərazidən uzaqlaşdırıb.