Müdafiə Nazirliyindən Rusiyaya növbəti ETİRAZ:  "Son qoyulmalıdır"
28 noyabr 2022 21:25 (UTC +04:00)

Müdafiə Nazirliyindən Rusiyaya növbəti ETİRAZ: "Son qoyulmalıdır"

Təssüflə bildiririk ki, dəfələrlə Azərbaycan Müdafiə Nazirliyinin narazılığına baxmayaraq Rusiyanın sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunması yenə də davam edir.

Lent.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.

Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsinə son qoyulmalıdır. Ümumiyyətlə, Azərbaycan ərazilərinin uydurma erməni toponimləri ilə ifadə olunması yolverilməzdir.

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərə müvafiq şəkildə ifadə etməyə çağırırıq.

Noyabrın 28-də Rusiyanın Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiyanın sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert”, "Martuni", "Madagiz" və "Getavan" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq Ağdərə, Xocavənd, Suqovuşan və Qozlukörpüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3051
avatar

Oxşar yazılar