Bu gün ölkəmizdə bir Amnistiya aktına ehtiyac var.
Lent.az APA -ya istinadla xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Ümummilli liderdən başlayaraq, Azərbaycanda 13 amnistiya aktı və 70-dən artıq əfv sərəncamı qəbul olunub: “Ən böyük Amnistiya Aktı Birinci Vitse-prezidentimiz hələ deputat olarkən onun təşəbbüsü ilə qəbul edilmişdi və 5000 insan azadlığa qovuşmuşdu. Parlament yenə təşəbbüs göstərib, Müstəqillik Günümüzə qədər belə bir Amnistiya Aktını işləyib hazırlaya bilər. Əfv sərəncamları olur, amma Amnistiya Aktının əhatə dairəsi daha genişdir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən, sonradan səhvə yol verən insanlar var ki, indi həbsdədir. Bu amnistiya aktının qəbulu onları da sevindirər".