Azərbaycanda QHT sektorunda uzun illər həyata keçirilən siyasət Ramiz Mehdiyev və Əli Həsənovun formalaşdırdığ bir modelə əsaslanırdı. QHT sektorunun potensialının dövlət maraqlarının müdafiəsiə yönəldilməsi ilə bağlı strateji baxış olmadığına görə, bütün səylər bu sektoru ölü vəziyyətdə saxlamaq və onu cəmiyyət həyatından təcrid etməyə yönəlmişdi. Məhz belə yanaşma QHT-lərin bir qisminin xarici qüvvələr tərəfindən nəzarətə götürülməsinə, onların maliyyələşdirilməsinə və dövlətimizin əleyhinə yönəldilməsinə əlverişli şərait yaratdı. Buna görə də 2000-ci illərin əvvəllərindən 2010-cu illərin ortalarına kimi olan bir dövr hakimiyyətlə QHT-lər arasında qarşıdurmalarla müşahidə olundu.
Soros, ermənilər və Azərbaycanda marağı olan hər kəs QHT-lərimizlə iş birliyi quraraq onların imkanlarından yararlandılar. QHT-lər bütün beynəlxalq platformalarda hakimiyyəti linç edən bir qüvvəyə çevrildilər, daxildə isə müxalifətin ətrafında birləşərək həm gərginliyin artmasına səbəb oldular, həm də müxalif siyasi qurumların maliyyə mənbəyinə rolunda çıxış etdilər. Çünki müxalif partiyaların xaricdən maliyyələşməsi qadağan olunduğuna və bu məsələyə ciddi nəzarət edildiyinə görə, onların satellit QHT-lər vasitəsilə maliyyələşdirilməsi mexanizmi işə salınmışdı.
Burada da Mehdiyev-Həsənov modeli vəziyyətdən çıxış yolu kimi xaricdən maliyyələşməni dayandırmaqda gördü və qanunlara düzəlişlərlə bu məsələ həll edildi. Nəticədə belə bir mənzərə yarandı - yüzlərlə, yüzlərlə, yüzərlə heç nəyə yaramayan, dövlətdən 5-6 min manat alaraq ancaq güzaranını təmin edən QHT ordusu.
Halbuki, QHT sektorunun potensialını zamanında görmək, güclü təşkilatlar yaratmaq, onları maliyyələşdirmək və milli maraqlar istiqamətində yönəltmək lazımıydı. QHT-lərimiz BMT, AŞ, ATƏT, AP və digər strukturlarda fəal olmalıydılar, Amnisty International, Human Rights Watch, Article 19 və digər bu kimi hüquq-müdafiə təşkilatları ilə əlaqələr qurmalı və bu platformalarda dövlət maraqlarımızı müdafiə etməliydilər. Amma olmadı. QHT-lər mütiləşdi, bu istiqamıtdə dövlət siyasətini həyata keçirən Şura da korrupsiya yuvasına çevrildi. Şəbəkələşmə, qruplaşma, qrant yemək adi hala çevrildi.
2019-cu ildən sonra QHT sektorunda həyata keçirilməyə başlayan islahatların hədəfi formalaşmış modeli və stereotipi dağıtmaq, bu sahəni şəffaflaşdırmaq, QHT sektorunda işgüzar mühit yaratmaq, vətəndaş cəmiyyəti institutlarının potensialını dövlətin və xalqın maraqlarının müdafiəsinə istiqamətləndirmək oldu və insafən etiraf edək ki, az iş görülmədi. Lakin bu günlərdə baş verən hadisələr məsələ ətrafında bir daha düşünməyə, nəyin harda olduğu və qarşımızda duran vəzifələr haqqında bir daha götür-qoy etməyi zərurətə çevirdi. Axı heç bir fəaliyyəti olmadığı halda dövlətdən qrant alan QHT-nin Prezident Administrasiyasının qarşısına gələrək az pul verilməsinə etiraz etməsi çox gözlənilməz haldır. Bu QHT-ləkrin fəaliyyətinə baxanda diqqətə layiq bir iş ortaya çıxmır. Dövlətdən pul alıb heç kimin baxmadığ filmlər çəkmək, maarifləndirmə adı altında 3-4 qohum-əqrabanı ətrafına yığıb şəkil çəkdirmək, heç kimin iştirak etmədiyi təlim görüntüsü yaratmaq - biz QHT sektorundan bunumu gözləyirik?
Hanı dünyanın demirik, heç olmasa öz ictimaiyyətimizin diqqətini cəlb edəcək konfranslar, forumlar? Hanı xaricdə erməniləri ifşa edən tədbirlər? Hanı beynəlxalq təşkilatlarda təmsilçilik və fəallıq? Hanı diqqətəlayiq hesabatlar, reportlar? Hanı fundamental araşdırmalar? Hanı? Müharibə dövründə Ermənistan QHT-ləri beynəlxalq təşkilatların qapılarını su yoluna döndərmişdilər, hər cür məlumat, hesabat göndərir, bəyanatlar verir, beynəlxalq ictimai rəyi Azərbaycanın əleyhinə yönəltmək üçün hər cür oyundan çıxırdılar. Ancaq bacarmadılar, ona görə yox ki bizim şanlı QHT-lərimiz buna imkan vermədi. Çünki Prezident özü çıxdı bütün bunların qarşısına, dünyanın ən güclü 30-a yaxın mediasına müsahibə verdi, görüşlər keçirdi, dünyaya həqiqətimizi də çatdırdı, sözümüzü də dedi, reportumuzu da qoydu qarşılarına...
İndi də Ermənistan QHT-ləri bütün beynəlxalq təşkilatlarda nəinki fəallığı ilə seçilir, sözün əsl mənasında rəy yaradırlar, a qala gündəm formalaşdırırlar.
Hazırda QHT-lərin BMT-nin İqtisadi və Sosial Şurasına – ECOSOC-a xüsusi məşvərətçi statuslu (ECOSOC Special Consultative Status) üzv qəbul olunması prosesi gedir. Rrmınistandan üzv və üzv olmaq üçün müraciət etmiş təşkilatların sayı hesabı olmadığı halda, Azərbaycandan cəmi bir-iki təşkilat üzvdür və namizədliyini irəli sürmüş təşkilat faktiki yox səviyyəsindədir. Bəs hanı sinəsinə döyən təşkilatlarımız? PA-nın qarşısında boğazdan yuxarı bəyanatlar verən təşkilatlar niyə namizədliklərini irəli sürmürlər? Yoxsa onların anlamında QHT-çilik qrant alıb yemək, min manatın davasını döyməkdir? Elə məsələ də budur ki, onların nəinki beynəlxalq arenaya, heç olkə səviyyəsində belə normal fəaliyyət göstərməyə potensialı yoxdur.
Bax bütün bunlar Mehdiyev-Həsənov modelinin "bəhrəsidir". Üstəlik intriqalar, mənəmlik iddiası, boğazdan yuxarı bəyanatlar...
Mehdiyev-Həsənov modelinin QHT Agentliyini intriqa yuvasına çevirən PA sektor müdiri Vüsal Quliyev və guya fəal QHT-lərdən biri olan, əslində isə hay-küy salmaqla bütün görülən işlərə ləkə yaxan Cəsarət Hüseynzadə təfəkkürü ilə yenidən canlandırılmasının məhsulu budur. Baxın, nəticə elan olunan kimi Cəsarət Hüseynzadə vay-şivən qopardı ki, bu ədalətsizlikdir, QHT agentliyinin rəhbərliyi öz ətrafını maliyyələşdirir, filan Şura üzvü 20 min manat qrant alıb və s.
Bir sıra QHT rəhbərləri də çıxıb iddia etdilər ki, Vüsal Quliyev getdi, QHT sektoru çökdü, fetoçular hakimiyyəti ələ aldı və s.
Azərbaycan balaca ölkədir, hamı hamını tanıyır, kimin nə ilə nəfıs aldığı aydın görünür. Necə deyirlər, "cidanı çuvalda gizlətmək mümkün deyil".
Buna görə də artıq Mehdiyev-Həsənov ənənəsini daşıyan təfəkkürlərin əlindən bu meydan alınmalıdır. QHT sektoruna strateji baxış var, amma praktiki cəhətdən reallaşdırılmasına başlanmalıdır, vəzifələr müəyyənləşib, amma onları icra etmək gərəkdir. Bu sahənin vitrini formalaşmalı dır, güclü, dövlət maraqlarını ifadə edən QHT-lər dÜnyaya çıxmalıdırlar, daxildə işləyən QHT-lər cəmiyyətin inkişafına real töhfələr verməlidirlər. QHT sektoru Mehdiyev-Həsənov ənənələrini özünəməxsus təfəkkürlə davam etdirən Quliyev-Hüseynzadə mexanizmindən xilas olmalıdır. /Azxəbər.az/