Belarus prezidenti Aleksandr Lukaşenko hərbçilərdən ölkə və xalq üçün ölməyi tələb edib.
Lent.az-ın Belarus mediasına istinadla xəbərinə görə, bu barədə respublika başçısı hökumətin iqtisadi bloku ilə görüşündə bildirib.
O, oktyabrın 4-də hərbçilərlə keçirdiyi görüşdən, onlardan tələbindən danışıb. “Onlardan nə tələb etdiyimi bilirsinizmi? Bilmirsiniz? Bu, mənə hərbçilərə aiddir. Əgər ölkə və xalq üçün ölmək lazımdırsa, ölməliyik”, - Lukaşenko deyib.