Avropa İttifaqı (Aİ) mayın 31-də Kişinyovda keçiriləcək Avropa Siyasi Sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev,
Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa və Almaniya liderləri Emmanuel Makron və Olaf Şolz, həmçinin Avropa Şurasının sədri Şarl Mişel arasında “böyük görüş”ə hazırlaşır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bunu çərşənbə axşamı Brüsseldə jurnalistlərə Avropa İttifaqının yüksək vəzifəli nümayəndəsi bildirib.
“Mən təsdiq edə bilərəm ki, Ermənistan və Azərbaycan liderləri ilə görüş olacaq. Sabah prezident Makron və kansler Şolsla böyük görüş olacaq. Bu, səylə hazırladığımız bizim üçün böyük bir işdir”, - o deyib
Xatırladaq ki, mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra Ermənistan, Azərbaycan və Avropa Şurası başçıları mayın 31-də Kişinyovda görüşmək barədə razılığa gəliblər.