Laçında yol çəkən texnika atəşə tutuldu
07 sentyabr 2022 15:16 (UTC +04:00)

Laçında yol çəkən texnika atəşə tutuldu

Sentyabrın 7-si saat 8:10-dan 12:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, eyni zamanda, qeyd olunan istiqamətdə bölmələrimizin təminat yollarının çəkilməsi məqsədilə yol işləri aparan mülki şirkətə məxsus texnika da atəşə məruz qalıb.

Şirkətin texnikasına zərər dəysə də, xəsarət alan olmayıb.

Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısını almaq məqsədilə bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Bildirilir ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Atəşə tutulan texnika

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3825
avatar

Oxşar yazılar