Laçın-Xankəndi yolunda aksiyaların 2-ci ayı başladı - FOTO  - VİDEO
12 yanvar 2023 15:37 (UTC +04:00)

Laçın-Xankəndi yolunda aksiyaların 2-ci ayı başladı - FOTO - VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Lent.az xəbər verir ki, APA-nın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, aksiyanın 32-ci günündə, günorta saatlarında havanın şaxtalı olmasına baxmayaraq, etirazçıların sayında artım müşahidə olunur.

Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib.
Hazırda havanın temperaturu -9 dərəcədir.

# 4677
avatar

Oxşar yazılar