Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nümayəndə heyəti bu gün axşam saatlarında İrəvana gedəcək.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, bunu KTMT-nın Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov bildirib.
Eyni zamanda o əlavə edib ki, Ermənistanla Azərbaycan sərhədində güc tətbiqindən söhbət getmir.
"Təşkilat münaqişənin sülh yolu ilə həllinə ümid edir", - deyə Sidorov vurğulayıb.
Onun sözlərinə görə, missiyanın göndərilməsi təklifi Putin tərəfindən irəli sürülüb və təşkilata üzv olan bütün dövlətlər tərəfindən dəstəklənib. Hələlik Ermənistana KTMT sülhməramlı kontingentinin göndərilməsindən söhbət getmir.