İran terror dövləti olduğunu bir daha sübut etdi:  Sonu virandır
27 yanvar 2023 15:37 (UTC +04:00)

İran terror dövləti olduğunu bir daha sübut etdi: Sonu virandır

Buyurun. İran terror ölkəsi olduğunu bir daha sübut etdi.

Kimsə desə ki, hadisənin arxasında başqa bir qüvvə durur. Guya məqsəd Azərbaycan və İranın münasibətlərini pozmaqdır, bu mövqedə olan hər kəs Tehranın iyrənc molla rejiminin potensial casusu kimi məsuliyyətə cəlb olunub, barəsində ciddi tədbir görülməlidir!

İran hər vəchlə məsuliyyətdən boyun qaçırmaq istəyir, Azərbaycan səfirliyinə hücum terror aktıdır

Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan səfirliyinə silahlı hücumun şəxsi zəmində baş verdiyi barədə məlumat verib.

Lent.az-ın diplomatik kanallardan əldə etdiyi məlumata görə, Tehranın polis rəisinin dedikləri tamamilə əsassızdır, səfirliyə hücum terror aktıdır.

Tehranın polis rəisinin dediyi kimi, guya hadisəni törədən şəxsin əraziyə iki uşaqla gəlib, bir müddət maşında gözləməsi yalandır, ümumiyyətlə belə şey olmayıb.

İran dövləti məsuliyyətdən boyun qaçırmaq üçün hadisənin mahiyyətini təhrif edir, baş vermiş terrorun guya ailə-məişət zəminində insident kimi təqdim olunmasına çalışır.

Hər zaman sözdə Azərbaycanla qardaş, dost olduğunu bildirən İran əməldə növbəti dəfə ölkəmizə qarşı qərəzini açıq şəkildə göstərdi. Yayılan görüntülər və İran rəsmilərinin davranışları isə hadisənin terror aktı olduğunu sübut edir. Çünki səfirliyin mühafizə xidmətinin əməkdaşları hücum edənin qarşısına çıxmasaydılar, əlisilahlı adam diplomatik missiyanın əməkdaşlarının hamısını qətlə yetirəcəkdi.

Bu gün İslamın müqəddəs cümə günü Tehranda azərbaycanlı zabitin ölümündə birbaşa İran dövlətinin əli var.

Azərbaycanda İrana simpatiya ilə yanaşanlar, bundan sonra Azərbaycan dövlətinin düşmənləri olduğunuzun fərqindəsinizmi? İrana simpatiya edənlər ya mövqelərinə düzəliş etməlidirlər, ya da bu ölkəni tərk etməlidirlər.

İranla əməkdaşlıq edən media qapadılmalıdır. Sosial şəbəkələr monitorinq olunmalıdır. İrana simpatiya edənlər, onun terroruna don geyindirməyə çalışanlar ifşa olunmalıdır və onların barəsində tədbir görülməlidir.

İran qorxulu bir monstra çevrilir. Fars rejiminin mahiyyətini bir daha gördük.  Bu terrorçu rejim bölgədə sülh, sabitlik və tərəqqiyə başlıca təhdidlərdən biridir. Və ona ağıllı ol deyən tapılacaq, əks halda viran olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3264
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar