Sahibkar və ixtiraçı İlon Mask şahmatçı və siyasətçi Harri Kasparovun “Silikon vadisində rahat malikanələrində oturanları” Kiyevə məsləhət verməməyə çağıran sözlərinə reaksiya verib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri bu məsələ ilə bağlı fikirlərini “Twitter” səhifəsində bildirib.
Milyarder Kasparovun onun ünvanına deyilən sözlərinə cavab verib, onu axmaq və əclaf adlandırıb. O, şahmatçının açıqlamasını əks etdirən “Squawk Box” verilişindən bir parçanı şərh edərkən “Mənim evim də yoxdur, heç “imarət” də yoxdur, dəli”, - yazıb.
Mask əlavə edib ki, Kasparov şahmatda demək olar ki, “iPhone”si qədər yaxşı olsa da, başqa sahədə axmaqdır.