Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Aİ Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında Praqada dördtərəfli görüşün keçirilməsi nəzərdə tutulur.
Lent.az APA-ya istinadla xəbər verir ki, dördtərəfli görüş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutacaq.