Avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olacaq.
Lent.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüş Brüsseldə Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə baş tutacaq.
Bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti təsdiqləyib.