Rusiya Prezidenti Vladimir Putin və Avropa Şurasının sədri Şarl Mişel
08 iyun 2021 03:32 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Avropa Şurasının sədri Şarl Mişel

İki rəhbər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdi

 

Rusiya Prezidenti Vladimir Putin Avropa Şurasının sədri Şarl Mişel ilə Dağlıq Qarabağ ətrafındakı mövcud vəziyyət müzakirə edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının daha da ardıcıl həyata keçirilməsinin vacibliyi nəzərə alınaraq, Dağlıq Qarabağ ətrafında mövcud vəziyyət müzakirə edilib.

Həmçinin, bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin açılması, əhalinin humanitar problemlərinin həlli prioritet vəzifələr olduğu vurğulanıb.

Şarl Mişel ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) da daxil olmaqla, həyata keçirilən işlərə dəstəyini dilə gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1956
avatar

Oxşar yazılar