Füzuli yaxınlığında səngər qazan ermənilərin qarşısı alındı
25 mart 2023 17:23 (UTC +04:00)

Füzuli yaxınlığında səngər qazan ermənilərin qarşısı alındı

Martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3960
avatar

Oxşar yazılar