Etiraz edək, amma belə yox
01 oktyabr 2021 19:10 (UTC +04:00)

Etiraz edək, amma belə yox

Xəbər verildiyi kimi, sentyabrın 30-da naməlum şəxslər İranın Azərbaycana qarşı apardığı qərəzli siyasətə etiraz olaraq bu ölkənin Bakıdakı səfirliyi qarşısında aksiya keçiriblər. 

Aksiya iştirakçıları səfirliyin binasının qarşısına İran bayrağı rənglərində 3 aftafa qoyublar. 

Lent.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bunu edən 4 nəfərin şəxsiyyəti müəyyən edilib. Bakı şəhər sakinləri olan həmin şəxslər polis idarəsinə dəvət olunublar. Onlarla polis idarəsində izahedici söhbət aparılıb və ciddi xəbərdar olunaraq hər birinin barəsində inzibati cəza tədbirləri görülüb. 

Qeyd

Təbii ki, istər 44 günlük Vətən Müharibəsi zamanı, istərsə də müharibədən sonra İranın Azərbaycana qarşı apardığı qərəzli siyasət qəbuledilməzdir. Azərbaycan dövləti bu siyasətə qarşı zaman-zaman öz etirazı bildirib. Buna qarşı aksiya etmək də bir xalq olaraq bizim mənəvi borcumuzdur. Lakin bu aksiyanı “aftafa təfəkkürü” ilə etmək Azərbaycan xalqının ictimai təfəkkürünə yaraşan hərəkət deyil.

# 6132
avatar

Oxşar yazılar