Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm, yaralılara şəfa arzulayıram. Qardaşım Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqına başsağlığı verirəm.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, Ermənistanın təxribatları qəbuledilməzdir.
“Hər zaman olduğu kimi, azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir”, - Ərdoğan vurğulayıb.