Ermənistanın KTMT-yə kömək üçün müraciəti QANUNSUZDUR
13 sentyabr 2022 13:10 (UTC +04:00)

Ermənistanın KTMT-yə kömək üçün müraciəti QANUNSUZDUR

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) hərbi dəstək üçün müraciət etməsi hüquqi baxımdan qanunsuzdur.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, bunu Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, burada söhbət lokal sərhəd insidentindən gedir: “Üstəlik, Azərbaycan və Ermənistan arasındakı sərhəd delimitasiya olunmayıb. Ona görə də, “de fakto” tərəflərin təmas xətti mövcuddur”.

Rusiyalı ekspert qeyd edib ki, silahlı insidentin mənbəyi Ermənistan tərəfidir və onun silahlı təxribatıdır: “Azərbaycanın hərəkətləri isə cavab və məcburi xarakter daşıyır, “özünümüdafiə” kateqoriyasına daxildir.

Azərbaycan işğaldan azad edilmiş ərazilərinin dinc yolla bərpası və inkişafı istiqamətində genişmiqyaslı işlərlə məşğuldur, Ermənistan isə iki il bundan qabaq nə vəziyyətdə idisə, indi də həmin vəziyyətdədir - revanşizm, təhdidlər və təxribatlar”.

Korotçenkonun sözlərinə görə, Moskva və KTMT vəziyyətin nizamlanması üçün siyasi-diplomatik metodlardan istifadə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2406
avatar

Oxşar yazılar