Ermənistan silahlıları Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
11 iyun 2021 19:32 (UTC +04:00)

Ermənistan silahlıları Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub

İyunun 11-də saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2385

Oxşar yazılar