"Ermənistan cavabdehdir" -  Azərbaycan XİN
28 may 2021 14:50 (UTC +04:00)

"Ermənistan cavabdehdir" - Azərbaycan XİN

"Bölgədə yaşanan bu eskalasiyaya görə məhz Ermənistan cavabdehdir".

Lent.az-ın  xəbərinə görə, bu, Xarici İşlər Nazirliyi mətbuat xidməti idarəsinin Ermənistanın Naxçıvan istiqamətində törətdiyi təxribatla bağlı yaydığı məlumatında qeyd olunub.

"Ermənistanı təxribat əməllərinə dərhal son qoymağa, sərhədlərin toxunulmazlığına riayət etməyə və bölgədə vəziyyəti gərginləşdirən əməllərdən çəkinməyə çağırırıq", - məlumatda bildirilib.

***

Azərbaycanın Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, mayın 27-dən 28-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərini atəşə məruz qoyublar. Nəticədə hərbi qulluqçumuz, əsgər Muradov Elxan yaralanıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindənLent.az-a verilən xəbərə görə, Ermənistan tərəfinin son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədi boyu törətdiyi təxribatlar, o cümlədən sərhədin Naxçıvan sahəsində azərbaycanlı əsgərin yaralanması, bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

“Bölgədə yaşanan bu eskalasiyaya görə məhz Ermənistan cavabdehdir. Ermənistanı təxribat əməllərinə dərhal son qoymağa, sərhədlərin toxunulmazlığına riayət etməyə və bölgədə vəziyyəti gərginləşdirən əməllərdən çəkinməyə çağırırıq”, -  qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1905
avatar

Oxşar yazılar