Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının azad olunmasının ildönümü münasibəti ilə Tvitterdə paylaşım edib.
Lent.az-ın xəbərinə görə, paylaşımda deyilir: “Dostumuz, qardaşımız, ayrılmaz parçamız olan Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü təbrik edirəm. Əvvəl olduğu kimi indi də haqlı mübarizəsində Azərbaycanlı qardaşlarımızın yanında olacağıq”.