Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və onun Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlarını təşkil etməyi təklif edib.
Lent.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.
Ərdoğanın sözlərinə görə, bu görüşün təşkili Ankaranın əsas prioritetidir.
Türkiyə prezidenti bir müddət əvvəl İstanbulun siyasətçilərin görüş yeri ola biləcəyini demişdi. “Əgər biz İstanbulda bir zirvə keçirə bilsək ki, onlar mənfi tendensiyanı müsbətə çevirməyə qərar versələr, o zaman çox xoşbəxt olacağıq”, - Ərdoğan bildirmişdi.