Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Marmarisdə meşə yanğınlarını söndürmək üçün Azərbaycandan gələn Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarənin ekipajı ilə görüşüb.
Lent.az xəbər verir ki, Ərdoğan azərbaycanlı və türkiyəli heyətlərlə Dalaman hava limanında görüşərək onlara təşəkkür edib.