Əsir götürülən ermənilər
27 may 2021 15:38 (UTC +04:00)

Əsir götürülən ermənilər

Düşmənin Kəlbəcərdə planlaşdırdığı təxribatın qarşısı alınıb - RƏSMİ

“Kəşfiyyat-diversiya qrupunun fəaliyyətini mühəndis işləri kimi qələmə verməsi düşmənin özünə bəraət qazandırmaq cəhdidir”.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu sözləri polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, Ermənistan tərəfi mayın 27-i saat 3 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində kəşfiyyat-diversiya qruplarının törətdiyi təxribatları ört-basdır etmək məqsədilə həmişə olduğu kimi yenə də yalan məlumat yayıb:

"Ermənistan əsgərləri Kəlbəcərin Yuxarı Ayrım kəndi ərazisində tərksilah ediliblər. Eyni zamanda tank birləşmələri daxil olmaqla ön xəttə qüvvələri konsentrasiya ediblər.

Sərhədimizi keçərək ərazimiz daxilində minalanma aparmağa və təxribat əməllərini törətməyə cəhd göstərən diversiya qrupunu ermənilər guya mühəndis-istehkamçılar kimi qələmə verir. Əgər elədirsə, o zaman erməni hərbi mühəndisləri Azərbaycan ərazisində nə kimi mühəndis işləri görə bilər?

Hərb işindən azacıq xəbəri olan hər bir kəs anlayır ki, kiçik qruplarla mühəndis işləri həyata keçirilmir. Bu tərkibdə qruplar kəşfiyyat-diversiya dəstələrində olur və aydındır ki, onlar məhz təxribat törətmək məqsədilə ərazimizə keçiblər. Onların məqsədi sərhəddə xidmət edən qüvvələrimizin arxasına keçərək təminat yolunu minalamaq olub. Təminat yolundan istifadə edən qüvvələr minaya düşsünlər və şəxsi heyət arasında itkilər olsun".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2649
avatar

Mehman Nəbiyev

Oxşar yazılar