Dünyanı təhdid edən terror təşkilatları: Türkə düşmən kəsilən ermənilər daha qəddardılar
04 iyun 2021 16:10 (UTC +04:00)

Dünyanı təhdid edən terror təşkilatları: Türkə düşmən kəsilən ermənilər daha qəddardılar

Terrorizm müasir dövrün ən təhlükəli təzahürlərdən biridir. Əslində, terror haqqında birmənalı tərif mövcud olmasa da, mütəxəssislərin əksəriyyətinin qənaətinə görə siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunması kimi dəyərləndirməlidir. Yeri gəlmişkən, “Terrorizmə qarşı mübarizə” haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən terrorizm dedikdə, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və ya dövlət hakimiyyəti orqanları tərəfindən terrorçuların maraqlarına cavab verən qərarların qəbul edilməsinə nail olmaq məqsədilə insanların kütləvi şəkildə qırılmasına, onlara bədən xəsarəti yetirməsinə, yaxud səhhətinə başqa cür zərər vurulmasına, habelə başqa ağır nəticələrə səbəb olan əməllərin törədilməsi və ya bu cür əməllərin törədilməsinə yönələn hədə başa düşülür.

Dünyada bu və ya digər ölkədə fəaliyyət göstərən və bu və ya digər ideoloji prinsiplərə söykənən terrorçu təşkilatlar fəaliyyət göstərir. Bu sırada PKK , Əl-Qaidə, Hizbullah, Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri, Əbu Səyyaf, Taliban, Tamil İlamin Azadlıq Pələngləri, İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi, Sendero Luminoso, Tupak Amaru İnqilab Hərəkatı kimi təşkilatları göstərmək olar.

Ən qəddar terror təşkilatlarına isə məhz çoxsaylı erməni terrorçularının birləşdiyi qurumlar dayanır. Əslində, erməni terrorun tarixi hələ 19-cu əsrə gedib çıxır. Onlardan ən qədimi “Armenakan” partiyasıdı. Bu qurum 1885-ci ildə yaradılıb. Türkiyənin Van, Muş, Bitlis,Trabzon bölqələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.

“Hnçak”ın da yaranma tarixi də 19-cu əsrə gedib  çıxır, Bu qurum 1887-ci ildə Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini “Böyük Ermənistan” dövlətinə birləşdirməkdi.

Partiyanın proqramının 4-cü bəndində göstərilir: “Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir”.

Daşnaksütyun inqilab partiyası 1890-cı ildə Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən partiya türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdı.

“Erməni soyqırımının intiqamçıları” qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib. Daşnakların bu istiqamətdə fəaliyyəti davam edir.

“Erməni gizli azadlıq ordusu” artıq 46 ildi fəaliyyət göstərir. Onun mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü var. Təşkilat fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.

“Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” (ASALA) da ötən əsrin 70-ci illərində yaradılıb. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində “Böyük Ermənistan” qurmaqdır.

“Geqaron” 2001-ci ilin fevralında elə ASALA tərəfindən yaradılıb. Məqsəd Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir. Erməni azadlıq hərəkatı və Erməni azadlıq cəbhəsi ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.

“Orli qrupu” 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.

“Erməni soyqırım ədalət komandosları” 1972-ci ildə Vyanada yaradılıb. Məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.

“Demokratik cəbhə” ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi türk dövlətinin parçalanmasıdır.

“Apostol” 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktları həyata keçirməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4998
avatar

Səbuhi Sədəf

Oxşar yazılar