İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Rusiya prezidenti Vladimir Putinin davranışından "dərin məyus və kədərləndiyini" deyib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Rusiyanın lideri ilə illərdir yaxın dostluq münasibəti saxlayan Berluskoni deyib ki, Putin “Ukraynadakı müharibəyə görə dünyanın gözü qarşısında bütün məsuliyyəti öz üzərinə götürməlidir”.
“Mən onunla 20 il əvvəl tanış oldum və o, mənə həmişə demokratiya və sülh adamı kimi görünürdü... Nə yazıq ki,” Berluskoni özünün mühafizəkar Forza Italia partiyasının Romada keçirilən qurultayında deyib.
Bu, Berluskoninin Ukraynada münaqişə başlayandan bəri ilk dəfə Putin haqqında açıq danışmasıdır.
“Ukraynaya hücum Rusiyanı Avropaya gətirmək əvəzinə, onu Çinin qucağına atdı... nə yazıq, nə yazıq”, - o bildirib.