Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki digər dini konfessiyaların rəhbərləri Şuşa şəhərinə səfər çərçivəsində Qazançı kilsəsini ziyarət ediblər.
Lent.az APA-ya istinadən məlumatına görə, qonaqlar kilsəyə baxış keçirib, aparılan təmir-bərpa işləri ilə tanış olublar.
Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov kilsənin tarixi, burada aparılan təmir-bərpa işləri haqqında məlumat verib.
Qeyd edilib ki, ermənilər işğal dövründə kilsəsinin mənşəyini saxtalaşmağa, erməniləşdirməyə cəhd edib.
Hazırda kilsə tarixi mənşəyinə uyğun təmir-bərpa olunur.
Qeyd edək ki, Şuşaya səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.