Bu ölkədə İLK DƏFƏ: Qadın deputatların sayı kişilərdən çoxdur
26 oktyabr 2022 16:42 (UTC +04:00)

Bu ölkədə İLK DƏFƏ: Qadın deputatların sayı kişilərdən çoxdur

Yeni Zelandiyada Leyboristlər Partiyasından Soraya Peke-Masonun and içməsindən sonra qadın deputatların sayı 60-a yüksələrək ilk dəfə kişi deputatların sayını üstələyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Yeni Zelandiyada parlamentin keçmiş sədri Trevor Mallarddan sonra İrlandiya səfiri vəzifəsinə keçən İşçi Partiyasından Soraya Peke-Mason parlamentdə and içib. Parlamentdəki dəyişiklikdən sonra qadın deputatların sayı 60-a çatıb, kişi deputatların sayı isə 59 olub.

Parlamentlərarası İttifaqın məlumatına görə, Yeni Zelandiya bu il parlamentdə qadınların ən azı 50 faizinin təmsil olunduğu Kuba, Meksika, Nikaraqua, Ruanda və Birləşmiş Ərəb Əmirlikləri arasında yerini tutub.

Məlumatlara görə, dünya üzrə deputatların təxminən 26 faizini qadınlar təşkil edir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2406
avatar

Oxşar yazılar