Bir millət dediyimiz bu  - Azərbaycan Türkiyənin yanındadır
08 fevral 2023 15:53 (UTC +04:00)

Bir millət dediyimiz bu - Azərbaycan Türkiyənin yanındadır

Azərbaycan qardaşının yanındadır. Türkiyənin bu ağır günlərində ona ilk yardıma gedən də məhz Azərbaycan oldu. Rəsmi xəbərlərə görə, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) hazırda 725 heyəti zəlzələnin fəsadlarının aradan qaldırılmasına cəlb edilib.

Lent.az-ın məlumatına görə, həmin şəxslərdən 41 nəfəri tibbi heyətdir.

Hazırda həmin şəxslərin bir qrupu Türkiyənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarında iştirak edir.

Qeyd edək ki, indiyədək Azərbaycan FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 26 nəfəri sağ, 29 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

"Türkiyə çox böyük bir acı ilə üzləşir". Bu sözləri türk təhlükəsizlik və terrorizm üzrə ekspert Coşkun Başbuğ deyib.

Onun sözlərinə görə, bu hadisə nəticəsində böyük itkilərimiz var: "Heç kimə belə bir hal yaşamağı arzu etmirəm. Bu kədər o qədər geniş bir ərazini əhatə edir ki, həqiqətən Azərbaycanın etdiyi yardım bizim üçün çox qiymətlidir. Çünki bu yardıma ehtiyac var".

Coşkun Başbuğ sözlərinə belə davam edib: "Bu yardımın ilk və ən yaxınımız olan Azərbaycandan gəlməsi çox önəmlidir. Tək millət dediyimiz bu geniş coğrafiya bu acının da öhdəsindən gələcək. Amma həqiqətən də çox çətin bir dövr bizi gözləyir. Bu mənada Azərbaycanın bizə mənəvi dəstəyi belə kifayətdir.
Onu bilin ki, zərər çox böyükdür. İtkilərimiz də çoxdur".

Bu arada Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) azərbaycanlı tərəfdaşları və QHT-lərlə birlikdə "Qardaş köməyi" platformasını yaradıb.

Bu barədə MÜSİAD-ın idarə heyətinin sədri Rəşad Cabirli Bakı KOB evində "Qardaş köməyi" platformasının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bir-birinin köməyinə həmişə hamıdan əvvəl gələn iki qardaş ölkədir.

"Türkiyə həmişə Azərbaycanı ən çətin zamanlarda dəstəkləyib və biz Azərbaycan tərəfin qarşılığını görürük", - o deyib.

R.Cabirli Azərbaycan və Türkiyənin bir-birini təkcə çətin zamanlarda deyil, yaxşı gündə də dəstəkləməyə davam edəcəklərini bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.
Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib.

Fevralın 7-də ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə yola düşüb. Daha sonra isə nvöbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.
Eyni zamanda Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir.

Fevralın 8-də yardım məqsədilə 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Türkiyə yola salınıb. Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir. Bundan əlavə FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola düşüb, bu yardıma isə 115 ədəd müxtəlif ölçülü çadır, 1448 ədəd ədyal, 140 ədəd çarpayı, 90 ədəd qızdırıcı, 300 ədəd masa, 1000 ədəd oturacaq, 2000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxil edilib.

# 1935
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar

Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50
Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

9 aprel 2024 , 09:08
Prezidentdən Ramazan təbriki

Prezidentdən Ramazan təbriki

8 aprel 2024 , 17:08