Binəli Yıldırım İlham Əliyevə təsbeh hədiyyə etdi - FOTO
05 noyabr 2021 14:28 (UTC +04:00)

Binəli Yıldırım İlham Əliyevə təsbeh hədiyyə etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib.

Lent.az xəbər verir ki, görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumunun mühüm məsələləri müzakirə etmək baxımından çox vacib beynəlxalq tədbir olduğu bildirilib, bu Forumun yüksək səviyyədə təşkil olunduğu vurğulanıb. 

Qeyd edilib ki, pandemiyaya baxmayaraq, Forumda çox sayda nüfuzlu qonağın iştirak etməsi bu tədbirə və Azərbaycana olan marağı göstərir.

Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik bildirilib.

# 2496
avatar

Oxşar yazılar