Azərbaycanda prezident seçkilərində seçici fəallığı 76,73 faiz olub
07 fevral 2024 21:48 (UTC +04:00)

Azərbaycanda prezident seçkilərində seçici fəallığı 76,73 faiz olub

Azərbaycanda növbədənkənar prezident seçkilərində seçici fəallığı açıqlanıb.

Lent.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 4971032 nəfər səs verib, seçici fəallığı 76,73 faiz olub.

Bildirilib ki, 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsindən 6522-i hesabat verib.

Qeyd edək ki, növbədənkənar prezident seçkilərinə bu gün saat 08:00-da start verilib, seçkilər saat 19:00-da başa çatıb.

Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 478 840 nəfərdir.

# 3933
avatar

Oxşar yazılar