Azərbaycan beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin sentyabrın 12-13-də ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir.
Bu barədə Lent.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib. Qeyd olunub ki, bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb.