Xəbər verdiyimiz kimi, 2022-ci il sentyabrın 8-dən etibarən üç gün ərzində QHT nümayəndələri, sosial media platformalarında səhifə və kanallarının rəhbərləri, blogerlər, habelə digər ictimai-siyasi fəalların Şuşaya təşkil edilən növbəti səfəri, həmçinin həmin müddətdə 20-dən çox ölkədən 40 nəfərə yaxın beynəlxalq səyahətçinin Qarabağ və Şərqi Zəngəzura səfəri sosial şəbəkələrdə bir neçə dildə geniş paylaşımlara səbəb olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, sosial mediada #Shusha həştəqi ilə bağlı paylaşımlara 7 gün ərazində 520 milyon baxış olub.
APA informasiya agentliyinin Şuşa həştəqi ilə bağlı verdiyi xəbər isə ümumilikdə 4.1 milyon adama çatıb.