Düşmən Goranboyun Tap kəndinə raket atıb, bir mülki şəxs həlak olub
29 oktyabr 2020 17:11 (UTC +04:00)

Düşmən Goranboyun Tap kəndinə raket atıb, bir mülki şəxs həlak olub

Ermənistan Silahlı Qüvvələri Goranboy rayonunu raket atəşinə tutub. 

Lent.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb. 

O bildirib ki, Goranboy rayonunun Tap kəndində daha bir mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb: "Raket onun evinin damına düşüb. Ermənistanın müharibə cinayətləri davam edir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1216
avatar

Oxşar yazılar