Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Məzahir Şahvələdovun ikili vətəndaşlığı olması ilə bağlı dairə seçki komissiyasının sədrinin müraciətinnə baxıılıb.
APA-nın məlumatına görə bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova bildirib. A. Muxtarova deyib ki, DSK sədri müraciətindən sonra MSK müraciəti araşdırıb: “Dövlət orqanlarına verilən sorğu əsasında həqiqətən də məlum olub ki, həmin şəxsin Rusiya vətəndaşlığı da var”.
MSK məsələni müzakirə edib və Şahvələdov Məzahirin namizədliyini ləğv edib.