86 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 10 nəfərin namizədliyi təsdiqlənib
06 iyul 2024 16:40 (UTC +04:00)

86 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 10 nəfərin namizədliyi təsdiqlənib

48 seçki dairəsindən 86 nəfər deputatlığa namizədlik üçün müraciət edib. İrəli sürülən namizədlərdən artıq 10 nəfər təsdiq olunub. Onlardan 2-nə imza vərəqləri verilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, onlar 450 imza toplamalıdır: “İmzaların toplanmasında problem olmamalıdır. Bu seçkilərdə bir nəfər bir neçə namizədə də imza ata bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3627
avatar

Oxşar yazılar