Bakıda Beynəlxalq Gənclər Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı Beynəlxalq Gənclər Forumuna start veriləcək. Forumda azərbaycanlı gənclərlə bərabər Rusiya Federasiyasının Şimali Qafqaz regionunu təmsil edən ictimai fəal gənclərin, tələbələr, aspirantlar, gənc alimlər və gənclərlə işləyən dövlət orqanlarının, hökumət nümayəndələrinin, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı gözlənilir. Bununla yanaşı, yaradıcı və istedadlı gənclər də tədbirə qatılacaq. Ümumilikdə isə tədbirdə 120-dən çox gəncin iştirakı nəzərdə tutulub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, forumun keçirilməsində əsas məqsəd Qafqaz regionunda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoqun dəstəklənməsi, gənclərin bu regionun dinc və davamlı inkişafında məsuliyyətinin artırılmasıdır.
2 gün keçirilməsi nəzərdə tutulan forumun proqramına eyni zamanda plenar iclaslar, seksiyalar üzrə iş, Azərbaycanın regionları ilə tanışlıq, yaradıcı gənclərin iştirakı ilə konsert də daxildir.
Proqrama əsasən tədbirin ilk günü qonaqlar Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Bundan sonra forumun plenar iclası start götürəcək və seksiyalarda işlə davam edəcək. Tədbirin plenar iclası və seksiyalarda iş zamanı “Müxtəliflik hüququ. Qafqaz – sabitlik uğrunda dialoq və məsuliyyət”, “Gənclər və konfliktlər: çıxış yolları”, “Gənclərin səsi: Qafqazda sülh, stabillik və inkişaf”, “Gənclərin investisiyalaşdırılması, gələcəyin investisiyalaşdırılması” kimi mövzular ətrafında müzakirələr, gənclər arasında təcrübə mübadilələri aparılacaq.
Bakı şəhərində işə başlayacaq forum Qəbələ şəhərində yekunlaşacaq. Proqrama əsasən Qəbələ şəhərində hər iki ölkənin istedadlı gəncləri və yaradıcılıq kollektivləri konsert proqramı ilə çıxış edəcək. Bunlarla yanaşı Forum ərəfəsində qonaqlar Bakı və Qəbələ şəhərlərində Azərbaycanın tarixi və mədəni abidələri ilə tanış olacaqlar.
Xəyalə

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29