Türkiyənin “Hürriyet” qəzeti Aygün və Farizdən yazdı
“Milliyet”, “Hürriyet”, “Zaman”, “Todays Zaman”, “Haberturk”, “Radikal” qəzetlərini təmsil edən jurnalistlər Tovuzun Ermənistanla həmsərhəd bölgələrinə baş çəkiblər. Səfər başa çatdıqdan sonra Türkiyəyə dönən jurnalistlər təmsil olunduqları qəzetlərdə təəssüratlarını yazıblar.
Səfər barədə qeydlərini yazan “Hürriyet” qəzetinin əməkdaşı Cansu Çamlıbel ermənilərin son zamanlarda sərhəd zonasında yaşayan uşaqları öldürməsindən bəhs edib. O, Tovuz rayonunda ermənilərin Tovuz çayına atdığı oyuncaq bomba ilə öldürülən 13 yaşlı Aygündən və erməni snayperlərinin qətə yetirdikləri 9 yaşlı Fariz Bədəlovdan danışaraq, uşaqların ölümünün azərbaycanlıların narahatlığını nifrətə çevirdiyini qeyd edib.
13 yaşlı Aygünün öldürüldüyü kənddən yazan türkiyəli jurnalist bu kəndin erməni snayperlərinin nəzarəti altında qaldığını və Tovuzun müharibə illərində ən çox Azərbaycan türkünün öldüyü bölgələrdən biri olduğunu bildirib.
Millət vəkili Qənirə Paşayeva ilə Tovuzun ermənilərlə sərhəd kəndlərini gəzdiklərini qeyd edən jurnalist, yazısında bu kəndlərdə yaşayan əhalinin bir neçə ildir ata-analarının yatdığı məzarlıqları ziyarət edə bilmədiklərini xatırladıb. Türkiyəli jurnalist yazır ki, bütün bunlara baxmayaraq, bölgə camaatının torpaqlarını qoyub getməyə niyyəti yoxdur.
Müəllif qeyd edib ki, Q.Paşayeva Azərbaycanın Qarabağ problemini diplomatiya yoluyla həll etməkdə maraqlı olduğunu, lakin sülh danışıqlarının uğursuz olacağı halda, Azərbaycanın müharibəyə də hazır olduğunu bildirib.
Qənirə Paşayevanın Tovuzda baş verən son olayların ardından ciddi bir diplomatik mübarizəyə başladığını yazan «Hürriyet» yazarı millət vəkilinin avropalı diplomatları Tovuza apardığını, onları bölgədəki vəziyyətlə tanış etdiyini bildirib.

Oxşar yazılar

İrandakı səfirliyimizin əməkdaşları və ailə üzvləri Azərbaycana gətirilib
16 iyun 2025 , 12:55
İsrail Ayətullah Əli Xamneyini öldürməyi planlaşdırırmı? Yeni TƏFƏRRÜATLAR
16 iyun 2025 , 11:04
Pənah Hüseyn partiya sədrliyindən istefa verib? - AÇIQLAMA -YENİLƏNİB
16 iyun 2025 , 10:40
Daha 36 ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağan edilə bilər - SİYAHI
16 iyun 2025 , 09:57
Biz Türkiyə mediasından bunu gözləmirdik! – RƏSMİLƏR NİYƏ SUSUR?
15 iyun 2025 , 18:11
15 iyun - Gələcəyə gedən yol - APA TV
15 iyun 2025 , 13:40
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
15 iyun 2025 , 00:01