Çingiz Qənizadə: “Mübarizəni kişi kimi aparmaq lazımdır” - MÜSAHİBƏ
Lent.az-ın “Yeni deputat” layihəsinin növbəti qonağı Milli Məclisin üzvü Çingiz Qənizadədir. “Yeni deputat” layihəsində oxucularımıza 2010-cu il parlament seçkilərində ilk dəfə mandat qazanaraq, Milli Məclisə düşən şəxsləri tanıtdırmağa çalışırıq. Layihədə yeni deputatların siyasi kimliklərindən daha çox, onların intellektləri, deputat seçilmək yolları və s. barədə söhbətləşəcəyik.
““Azadlıq” blokunda ən çox səs toplayan 5 nəfərdən biri mən idim”
- Çingiz müəllim, 20 il uzunu deputatlığa namizədliyinizi irəli sürdünüz və nəhayət 2010-cu il seçkilərində “şeytanın ayağını qıraraq”, parlamentə düşə bildiniz. Bu prosesə necə xarakterizə edirsiniz?
- Sonuncu seçki mənim üçün 5-cisi idi. Mən 1990-cı ildə ilk dəfə Ağdaş seçki dairəsindən qalib çıxmışdım. 57 faiz səslə qalib elan olunsam da, 14 gün sonra dairənin nəticələri ləğv olundu. 2005-ci ildə də yenə Ağdaşda ən çox səs toplayan mən oldum. Hətta o vaxtı “Azadlıq” blokunda ən çox səs toplayan 5 nəfərdən biri mən idim. Hardasa 10 minə yaxın səs toplamışdım. 2006-cı ildə 10 dairədə keçirilən təkrar seçkilər zamanı da namizəd olduğum 9 saylı Binəqədi seçki dairəsindən MSK gecə mənim qalib olduğumu elan etsə də, ertəsi gün məlum oldu ki, Rafael Cəbrayılov məndən 200-300 səs çox toplayıb. Bu dəfə də qərarı aldım ki, seçkiyə qatılmaq lazımdır.
“Ümidli idim ki, gec-tez parlamentə düşəcəm”
- Və üz tutdunuz tamam yad bir yerə - İmişli-Beyləqan seçki dairəsinə.
- Göründüyü kimi, mən 20 il müddətinə istəyimə nail olmuşam. Mən mübariz adamam, ruhdan düşmürəm. Deputat seçildiyim dairə də mənə doğma rayondur. Atam uzun illər Beyləqanda yaşayıb, işləyib. Həmçinin, bu rayonlarda mənim çoxlu dostum, qrup yoldaşlarım, qohumlarım yaşayır. Dairə seçimi edərkən, çox götür-qoy elədim və qərar gəldim ki, 80-ci dairədə şansımı yoxlaya bilərəm. Ümidli idim ki, gec-tez parlamentə düşəcəm. Uzun illər ərzində hüquq müdafiəçisi kimi gördüyüm işlər, cəmiyyətdəki yerim, mövqeyim bu dəfə imkan verdi ki, mən parlamentə seçilim.
““Azadlıq” blokunda mənə bir çox işdə kömək edən şəxslərin hamısının köməyindən birmənalı qaydada imtina etdim”
- 2005-ci ildə “Azadlıq” blokunun üzvü kimi namizəd olduğunuz Ağdaş seçki dairəsində seçkinin saxtalaşdırıldığı, özünüzün qalib gəldiyinizlə bağlı ard-arda bəyanatlar verir, tədbirlər keçirirdiniz. Ancaq 5 sonra Çingiz Qənizadədən heç kim belə bir bəyanat eşitmədi və siz, deputat mandatı qazandınız.
- 2005-ci ildə mən seçkilərə siyasi blokun üzvü kimi qatılmışdım və o siyasi blokun bütün bəyanatları, qərarları mənim tərəfimdən də dəstəklənirdi. Eyni zamanda, özüm namizəd olduğum 90-cı dairədə baş verənlərlə bağlı konkret faktlar topladım, mətbuat konfransı keçirdim, bəyanatlar verdim. İctimai Televiziyada saxtakarlığı əks etdirən 3 dəqiqəlik süjetlər verdim. Ancaq bu dəfə seçkilərə heç bir siyasi partiyanın üzvü olmadan, tam müstəqil şəxs kimi qatıldım. Hətta sizi inandırım ki, 2005-ci ildə “Azadlıq” blokunun namizədi kimi mənə bir çox işdə kömək edən şəxslərin hamısının köməyindən ötən seçkidə birmənalı qaydada imtina etdim.
“Mənim üçün iqtidar da, müxalifət də eyni statusa sahibdir”
- Adlarının üstündə müxalifətçi sözü olduğunu görə?
- Yox, sadəcə nümayiş etdirmək istədim ki, tam bitərəf namizəd kimi seçkiyə qatılıram və mənim üçün iqtidar da, müxalifət də eyni statusa sahibdir. Deyim ki, mənə səs verənlərin çoxu partiya mənsubiyyəti olan şəxslər idi.
“2005-ci ildə “Azadlıq” blokunun təklifini qəbul etməkdə tələsdim”
- Onda elə 2005-ci ildə də bitərəf qatılardınız seçkiyə.
- Bəlkə də o zaman seçkilərə bitərəf namizəd kimi qatılsaydım, daha doğru olardı. 2005-ci ildə topladığım səs, apardığım kampaniya da göstərdi ki, bitərəf namizəd olsaydım, uğur qazana bilərdim. Bu, ola bilər ki, mənim səhvim idi. O zaman blokun yerlərdə güclü namizədlərə ehtiyacı var idi və onların təklifini qəbul etməkdə bəlkə də mən tələsdim. Ancaq ötən seçkidə mən seçkinin tam şəffaf keçdiyini, heç bir qanun pozuntusuna yol verilmədiyini gördümsə və normal şəkildə seçkinin qalibi oldumsa, mən öz dairəmlə bağlı başqa bir söz deyə bilmərəm.
“Afiyəddin Cəlilov mənə zəng edib tələb elədi ki, vəzifədən getmə”
- Onda belə demək olar ki, sizin müxalifətçiliyiniz uzun illər deputat olmanıza mane olub.
- Heydər Əliyev hakimiyyətə gələrkən Afiyəddin Cəlilov mənə zəng edib ərkyana tələb elədi ki, vəzifədən getməyim. Amma mən etik norma uyğun olaraq, komandam getdiyinə görə, hakimiyyətdən getdim. Ancaq o vaxtı məni istəməyən Surət, Rəhim, Əli Ömərov, Nemət var idi və bilirdim ki, bu adamlarla işləmək mümkün deyil. Eyni zamanda onu da bilirdim ki, vaxt gələcək Heydər Əliyev bu adamların hamısını təmizləyəcək.
Sonra hüquq müdafiəçisi ola-ola siyasi proseslərdə də iştirak edirdim. Buna görə də Avropa Şurası və bir sıra beynəlxalq qurumlar siyasi fəaliyyətlə məşğul olan birinin hüquq müdafiəçisi kimi çıxış etməsinin anormal olduğu, həmin şəxsin istər-istəməz təsir altında qalacağı iradını bildirdi. 2006-cı ildə bütün müxalifət fəaliyyətimi kənara qoydum. Dostlara da başa saldım ki, siyasi fəaliyyətdən uzaqlaşmağın əslində indi normal fəaliyyətə başlamağım deməkdi. Çünki indi sırf hüquq müdafiəçisi olmuşam. Son 5 ildə qazandığım uğurlar daha çoxdur. Çünki siyasətdən kənar, müstəqil fəaliyyətimi bu gün iqtidar da, müxalifət də, cəmiyyət də qəbul edir.
“Əsas budu ki, riyakar olmayasan”
- Çingiz müəllim, siz Heydər Əliyevin hakimiyyətə gəlişi və onun siyasi fəaliyyəti ilə bağlı həmişə müsbət fikirlər səsləndirirsiniz. Vaxtilə niyə YAP-a üzv olmadınız?
- YAP yarananda mən hakimiyyətdə idim. Siyasi partiyada deyildim, ancaq Bakı Şəhərinin prokuroru idim, general rütbəsi tələb olunan vəzifədə çalışırdım. Hakimiyyətdən gedəndən dərhal sonra partiya və ya siyasi mənsubiyyəti dəyişmək, mənə elə gəlir, riyakarlıq olardı. İnsan harda olur-olsun, öz ləyaqətini qoruyub, saxlamalıdır. Partiya mənsubiyyəti vacib deyil. Əsas budu ki, riyakar olmayasan, bir söz deyib, ardınca başqa bir söz deməyəsən. Belə olduqda, istər iqtidarda, istər müxalifətdə ol, cəmiyyətdə azacıq da olsa, yerin olacaq. Hesab edirəm ki, heç bir partiyaya qoşulmamağım doğru olub.
“Bəzi dostlarımız hərəkat dövründən 20 il keçsə də, heç cür dəyişə bilmir”
- Bəzi cəbhədaşlarınız isə 2005-ci ildən sonra mövqeyinizin dəyişdiyini iddia edirlər?
- Bizim bəzi dostlarımız, cəbhədaşlarımız var ki, hərəkat dövründən bu yana 20 il keçsə də, onlar heç cür dəyişə bilmir. Kimsə bir addım qabağa gedən kimi, ona qara yaxırlar, şübhə toxumları səpirlər. Sizi əmin edirəm ki, mənimlə bağlı bu cür fikirlər yayanların özləri üçün belə bir şərait yaradılsa idi, hamısı gedəcəkdi. Söhbət mənə yaradıldığı iddia edilən şəraitdən gedir. Bundan əvvəl 5-5, 7-7 parlamentdə müxalifət nümayəndələri olurdu. Onda sual verim: Onlar necə seçilmişdilər? Qaldı mənə, hesab edirəm ki, Azərbaycanın hüquq müdafiə sektorunda tanınan biri olaraq, ölkənin istənilən bir yerindən namizəd olub, rəqabət apara bilərdim. Sadəcə, seçildiyim dairədə mənə güclü bir rəqib olmadığına və vaxtilə çalışdığım vəzifələrin xatırlanması seçilməyimi şərtləndirdi. Bu cür fikirdə olan insanlar əvvəllər daha çox idi, ancaq fəaliyyətimlə onların bir çoxunun fikirlərini qıra bilmişəm.
“Pulsuz Çingiz Qənizadə, əlində xeyli maliyyə imkanı olan Çingiz Əsədullayevə məğlub olardı”
- Deyirsiniz 2005-ci ildə Ağdaşda 10 minə yaxın seçicinin səsini almışdınız. Ancaq bu qədər səs potensialınızın olduğu dairədən imtina edərək, çox az tanındığınız bir dairəyə getdiniz.
- Bilirsiz, 5 il əvvəl mənə 10 min adam səs vermişdisə, ola bilər, bu dəfə 3 min adam səs verərdi. Müəyyən işlər müqabilində insanların hakimiyyət nümayəndələrinə münasibəti dəyişir. Çingiz Əsədullayev son 5 ildə Ağdaşda xeyli iş görüb. O, çoxlu pul xərcləyib rayonda, bunu inkar etmək olmaz. Son seçkidə yenə Ağdaşdan namizəd olsaydım, pulsuz, əlində heç bir imkan olmayan Çingiz Qənizadə, əlində xeyli maliyyə imkanı və arxada gördüyü işlər olan Çingiz Əsədullayevə məğlub olardı.
- Çingiz müəllim, uzun illər hüquq müdafiəçisi kimi qanuni, hüququ müdafiə etmisiniz. İndi isə parlamentdə bunları yazmaqla məşğulsunuz. Qanunları yazmaq çətindir, yoxsa onları müdafiə etmək?
- Yazmaq asandır, yazmağa nə var ki? Kompüterdə yazdın, komitədə müzakirə elədin, plenar iclasa çıxardın, bir neçə dəfə müzakirə və qəbul etdin. Qanunları, hüququ tətbiq etmək, onun doğru işləməsinə nail olmaq isə çətindir. Bu gün Azərbaycanda məni ən çox narahat edən məsələ qanunların lazımi qaydada işləməməsidir. Yazılan qanunlar işləsə, daha yaxşı olar. Çox istəyirəm ki, qanunlar iqtidar, müxalifət, müstəqil, bir sözlə ölkədə yaşayan hər kəs üçün eyni təsir dərəcəsində olsun.
“Kiməsə meymun deyib, sonra haqqı tələb edə bilmərəm”
- Deputat mandatı insanların hüquqlarının müdafiəsində sizin işinizi asanlaşdırıb, yoxsa qanun pozan şəxslər heç mandata da baxmırlar?
- Hesab edirəm ki, deputat olandan sonra bu sahədə imkanlarım genişlənib. Digər deputat həmkarlarımı deyə bilmərəm, ancaq mənə icra strukturu rəhbərləri kifayət qədər hörmətlə yanaşırlar. Birincisi, artıq məni tribunadan da eşidə bilərlər. İkincisi də, mən elə deputat olmazdan əvvəl də yetəri qədər normal münasibətlərə sahib olmuşam. Müraciətlərimə verilən cavablardan görürəm ki, hüquq müdafiəçisi kimi, parlamentdə təmsil olunmaqla daha çox xeyir verirəm. Problemləri yerində həll etməyə çalışıram, daha bəyanatlarla, açıqlamalarla məsələni böyütməyə və həllini çıxmağa salmağa çalışmıram. Bilirsiz, bax, mən hüquq müdafiəçisiyəm və hansısa dövlət qurumun rəhbəri ilə mübarizə aparıram. Ancaq mübarizə elə olmalıdır ki, etik normalara cavab versin. Mübarizəni kişi kimi aparmaq lazımdır. Mən kiməsə meymun deyib, ondan sonra haqqı tələb edə bilmərəm. Onu sivil yolla inandırmaq lazımdır. Hüquq müdafiəçisi olmağa çalışanlardan kim etik çərçivələrdən kənarda fəaliyyət göstərir, onlar bir-bir bu sahədən kənarlaşdı. Yalandan şou düzəltməklə, ingilisin xoşuna gəlməklə iş görmək olmaz.
“İstərdim ki, maaşlarımız daha yüksək olsun”
- Çingiz müəllim, siz də maaşın azlığından şikayətlənən deputatlardansınız, yoxsa deputat maaşı bəs edir?
- Ümumiyyətlə, deputatların əmək haqları azdır. 20 milyard manatlıq dövlət büdcəmiz varsa, deputatlara verilən 1300 manatlıq maaş azdır. Əlbəttə, istərdim ki, maaşlarımız daha yüksək olsun. Ancaq buna da min şükür. Bu gün əhalinin çoxu - elə siz jurnalistlər də - 300-400 manata işləyirsə, deputatların maaşı normal sayılmalıdır. Bu gün maaşımıza verilən əlavə xərclərlə birgə 1900 manata qədər pul alırıq, buna da şükür. Hesab edirəm ki, olana şükür edib, daha yaxşını arzulamaq olar.
“Deputat olmazdan qabaq 2-3 toy olurdusa, indi ən azı 10-u var”
- Aylıq 1900 manata qədər maaşın azlığından şikayət edərkən, 85 manatlıq minimum əməkhaqqı ilə dolanan seçicilərinizi, onların hüquqlarını düşünmürsünüz?
- Düşünürük. Elə buna görə də, pensiyaların qaldırılması ilə bağlı qanun qəbul olundu. Artıq qüvvəyə də minib. Ordunun əmək haqqı qaldırıldı. Ancaq burası da var ki, deputatın xərci lap çoxdu. Elə ayda ən azı 10 toya çağırırlar. Deputat olmazdan qabaq 2-3 toy olurdusa, indi ən azı 10-u var. Hələ mən, nişanları, ad günlərini demirəm. Elə, maaşı ordan alıb, toya-nişana xərcləyirik. Yardıma ehtiyacı olan seçicilərimiz gəlir, onlara gücümüz çatan qədər əl tuturuq, bunları saymaq istəmirəm. Amma istənilən halda deputatların xərci çoxdur.
“Beynəlxalq təşkilatlara hesabat verməyi özümə sığışdırmadım”
- QHT rəhbəri kimi qazancınız olmur? Elə deputatlıqdan qazandığınızla dolanırsınız?
- Şükür Allaha, oğlum da işləyir, yoldaşım da. Bir təhər başımızı girələyirik. Bilirsiniz ki, mən artıq neçə ildir ki, beynəlxalq təşkilatların da qrantlarından imtina etmişəm. Onların verdiyi 5-10 min dollarla hansısa layihə həyata keçirib, sonra da onlara hesabat verməyi özümə sığışdırmadım. İki dəfə də isə QHT-lərə Dövlət Dəstəyi Şurasından orta məbləğdə qrantlar almışam.
“Seçicilər bizi çox yorur”
- Deputatlıq müddətində şikayətlənəcəyiniz məsələlər olubmu?
- Şikayətimiz odur ki, seçicilər bizi çox yorur. Bəzən, əsası olan, olmayan, yüz cür məsələ ilə müraciət edirlər. Bəlkə də nankorluq kimi çıxar, çünki bu boyda vəzifə veriblər mənə. Ancaq hərdən yoruluram, fikirləşirəm ki, deputat olmasam, bu qədər müraciətlər olmazdı. Onu da deyim ki, seçicilərimdə keçirdiyim bütün görüşlərin qeydiyyatını aparıram. Bir nəfər ola bilməz ki, mənlə görüşmək istəyib, ancaq görüşə bilməyib.
- Çingiz müəllim, Milli Məclisdə 20 ildən çox deputat olan həmkarlarınız da var. Siz də uzun müddət deputat kreslosunda oturmaq fikrindəsiniz, yoxsa, “həvəsdi, bəsdi” deyib, Milli Məclis üzvlüyündən bir müddət sonra kənarda duracaqsınız?
- Vəzifə çox yaxşı şeydir. Təəssüf ki, o vaxtı hakimiyyətdə olanda onun qədrini bilmədik, ondan istifadə edə bilmədik. İndi həm vəzifə, həm statusum var. Əgər cavanamsa, enerjiliyəmsə, təbii ki, növbəti seçkidə də namizədliyimi irəli sürəcəm. Ona görə də bayaq dedim, seçicilərimlə bütün görüşlərimin qeydini aparıram.
- Belə başa düşdüm ki, artıq siz növbəti seçkilərin hazırlığına başlamısınız.
- Bəli, əlbəttə, mən növbəti seçkilərdə seçicilərimlə keçirdiyim görüşlərin, onlar üçün gördüyüm işlərin siyahısını verəcəm özlərinə, baxsınlar ki, göstərdikləri etimadı doğrultmuşam.
Anar GƏRAYLI

923