Zaqatalada avtomobil qəzasında 3 nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, dünən saat 12 radələrində Zaqatala şəhəri ərazisində 30 yaşlı Rəsul Corovun idarə etdiyi “Opel” və 45 yaşlı Vüsal İsayevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində hər iki sürücü və “VAZ”da olan sərnişin, 4 yaşlı azyaşlı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.