Şəmkirdə maşının təkərini dəyişən kişi aldığı xəsarətlərdən dünyasını dəyişdi.
Lent.az xəbər verir ki, oktyabrın 19-da İsa Qasımov yaşadığı evin həyətində atasın məxsus avtomobilin ön təkərini dəyişən zaman qaldırıcının qəfil sürüşməsi nəticəsində başı avtomobilin altında qalıb.
O, aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma davam etdirilir.