Qəzzada yenə atəş açıldı -YENİLƏNİB
19 oktyabr 2025 16:16 (UTC +04:00)

Qəzzada yenə atəş açıldı-YENİLƏNİB

0

İsrail Baş naziri Binyamin Netanyahu Ordu və təhlükəsizlik qüvvələrinə Qəzzada “terror obyektlərinə qarşı qəti tədbirlər görməsi” barədə göstəriş verib.

Lent.az-ın xəbərinə görə, bu barədə İsrail Baş nazirinin ofisi açıqlama yayıb.

Bildirilir ki, Binyamin Netanyahu bu göstərişi Qəzza zolağında İsrail qüvvələrinə hücumdan sonra müdafiə naziri İsrael Kats, eləcə də ŞABAK və Mossad rəhbərləri ilə keçirdiyi görüş zamanı verib.

HAMAS isə Qəzza sektorunda atəşkəs rejiminə sadiq olduğunu bəyan edib. HAMAS tımsilçisi İzzət əl-Rişek bildirib ki, HAMAS təmsilçisi İsrail Ordusunu atəkəs rejimini pozmaqda, Netanyahu hökumətini vasitəçilər qarşısında məsuliyyətdən yayınmağa çalışmaqda ittiham edib.

***

saat 13.11

Qəzzada Rafah şəhərində HAMAS və İsrail Ordusu arasında toqquşmalar başlayıb.

Lent.az-ın xəbərinə görə, bu barədə "The Times of Israel" məlumat yayıb.

Qeyd edilib ki, Qəzzanın cənubunda Rafah şəhərində HAMAS silahlıları İsrail Ordusunun bölmələrinə qarşı hücuma başlayıb.

İsrail Ordusu aviazərbələr endirir.

İsrail Ordusu hələ rəsmi məlumat yaymayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 534

Oxşar yazılar