Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcək
19 oktyabr 2025 17:42 (UTC +04:00)

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcək

0

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər.

Lent.az-ın  xəbərinə görə, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan “Telegram”-da paylaşım edib.

Sahibə Qafarova və Alen Simonyan arasında görüş oktyabrın 21-də Parlamentlərarası İttifaqın 151-ci assambleyası çərçivəsində baş tutacaq.
Qeyd edək ki, tərəflər sonuncu dəfə 2025-ci ilin aprelində Sankt-Peterburqda görüşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar