Prezident İlham Əliyev Rusiya prezidentinə başsağlığı verib
0
0
Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, məktubda deyilir: “Bulqariya” teploxodunun qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirib. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzulayıram”.
0
0