“Bələdiyyələrin inkişaf etmədiyi barədə deyilənlər əsassızdı” – MÜSAHİBƏ
Azərbaycanda üçüncü çağırış bələdiyyə seçkilərinin birinci ili artıq geridə qalıb. Bu seçki həm də ona görə əlamətdar idi ki, ölkə ictimaiyyəti 2009-cu ilin dekabrında keçirilən seçkilərdən sonra yenidən formalaşdırılan bələdiyyələrin daha güclü quruma çevriləcəyini gözləyirdi. Seçkilərdən az əvvəl zəif imkana və təsir gücünə malik kiçik bələdiyyələrin birləşməsi də bu gözlənitləri yaradan əsas amillərdən biri hesab olunurdu.
Bəs, bu gözləntilər özünü doğrultdumu? Seçkilərdən sonrakı bir il bələdiyyələrin fəaliyyətində hansısa dönüş yarada bilibmi?
Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü, millət vəkili Tahir Rzayevin Lent.az- müsahibəsi bu barədədir:
- Bələdiyyələrə keçirilən sonuncu seçkilərindən sonrakı bir il ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra tədbirlər keçirilib. Belə tədbirlər həm Milli məclis səviyyəsində, həm də bələdiyyə qurumlarının özləri tərəfindən reallaşdırılıb. Milli Məclisdə bələdiyyələr haqqında qanuna edilən əlavə və dəyişikliklər də məhz seçkilərdən sonrakı ilə təsadüf edir. Bu yaxınlarda isə bələdiyyələrə inzibati nəzarət həyata keçirən orqanın – Ədliyyə Nazirliyinin illik hesabatı dinlənildi. Hazırda bütün regionlarda bələdiyyələrin fəaliyyəti və onların üzləşdiyi problemlərlə əlaqədar əvvəlcədən hazırlanmış qrafikə uyğun olaraq zona görüşləri keçirilir. Artıq belə görüşlər Lənkəranda və digər regional ərazilərdə keçirilib. Bu görüşlərdə millət vəkilləri, Ədliyyə Nazirliyinin əməkdaşları ilə yanaşı bələdiyyə assosiasiyalarının rəhbərləri də iştirak edir.
- Bu tədbirlərə rəğmən bələdiyyələrin problemlərinin, onların fəaliyyətinin genişləndirilməsi ilə bağlı məsələlərin ictimailəşməsi, məsələlərin daha ciddi şəkildə qoyulması müşahidə olunmur.
- Mən bu fikirlərlə qətiyyən razı deyiləm. Bələdiyyələrin problemləri, onlara əlavə səlahiyyətlərin verilməsi kimi məsələlər həm aidiyyəti dövlət orqanlarında, həm Milli Məclisdə, həm də ictimai təşkilatlar və mediada müzakirəsi lazımi səviyyədədir. Elə bu yaxınlarda mən özüm də telekanalların birində bələdiyyələrin su təsərrüfatı ilə bağlı müzakirələrdə iştirak etmişəm. Çünki Su Məcəlləsində əhalinin su ilə təmin olunmasında bələdiyyələrin də iştirakçılığı nəzərdə tutulur. Həmçinin suvarma suyu ilə əlaqədar bələdiyyələrin hansı səlahiyyət və imkanlara malik olması məsələləri müzakirə olunur. Demək istəyirəm ki, bələdiyyələrin fəaliyyətində inkişaf var. Bu inkişaf ondadır ki, bələdiyyələrdə keçirilən əsassız yoxlamaların aparılması istiqamətində artıq həm müzakirələr aparılır, həm də əməli iş görülür. Bu məsələ bu yaxınlarda Milli Məclisin həm plenar iclasında, həm də Regional Məsələlər Komitəsində ətraflı müzakirə olundu. Çünki həqiqətən də bələdiyyələrin fəaliyyətində çoxlu əsassız yoxlamalar müşahidə olunur. Bir çox bələdiyyələr müəyyən təsirlər var, onların işlərinə müdaxilə halları qeydə alınır. Əlbəttə, bu müdaxilələrin hamısı icra orqanları tərəfindən deyil, eləcə də bələdiyyələr tərəfindən də onların işinə sağlam olmayan münasibətlər var ki, onların da aradan qaldırılması üçün Milli Məclisdə keçən müzakirə çox söhbətlər getdi. Biz nəzərə aldıq ki, bələdiyyələri inkişaf etdirməkdən ötrü ilk növbədə onların maliyyə bazası genişləndirilməlidir. Əlavə gəlir sahələri, istehsal sahələri olmalıdır ki, bələdiyyələr bunlardan özlərinin inkişafı üçün bəhrələnə bilsin. Həmçinin müəyyən sahələr var ki, orada xidmət bələdiyyələrə verilə, ödənişləri yeri özünüidarə orqanları yığa bilər. O sahələrə nəzarət artırılmalıdır ki, onlar bələdiyyələrə müəyyən ödənişləri, vergiləri vaxtında versinlər. Bundan başqa, bələdiyyələrin torpaqları üzərində ciddi nəzarət var, artıq torpaqlar hərrac və müsabiqə yolu ilə satışa çıxarılır. Əlbəttə bu da çox vacib bir sahədir. Sözsüz ki, bu kimi tədbirlər gələcəkdə də sistemli şəkildə davam etdirilməlidir. Çünki Azərbaycan demokratiya yolunu tutubsa və bu yöndə inkişaf edirsə, mütləq yerli özünü orqanları da inkişaf etməlidir. Çünki bu qurumlar vətəndaş cəmiyyətinin bir formasıdır, vətəndaşların yerli əhəmiyyətli sosial-iqtisadi problemlərinin həllində iştirakçı çox vacibdir. Ona görə də bələdiyyələrin inkişaf etdirilməsi hazırkı dövr üçün, deyərdim, həyati əhəmiyyət daşıyır. Bəzən lazım olmayan, yersiz fikirlər səsləndirirlər ki, ölkədə bələdiyyə yoxdur, bələdiyyələrin çoxuna qayğı və diqqət göstərilmir. Mən bu cür fikirləri əsassız hesab edirəm və əslində son dövrlər bu istiqamətdə sistemli tədbirlər həyata keçirilir. Nəinki son bir ildə, ondan əvvəlki dövrlərdə də bələdiyyələrin inkişafı istiqamətindən xeyli işlər görülüb. Təkcə bələdiyyə assosiasiyalarının yaradılması prosesini qeyd etmək istəyirəm. Çünki bu assosiasiyaların yaradılması çox lazımlı iş idi. Həmçinin bələdiyyələrin birləşməsi prosesi də yerli özünü idarəetmə orqanlarının fəaliyyətinin təkmilləşməsi üçün çox vacib idi. Çünki ölkədə bələdiyyələr çox idi, bir çox bələdiyyələrin maddi-texniki bazası yox idi, onların kadr potensialı çox zəif idi. Birləşmədən sonra isə bələdiyyələrin inkişafında müəyyən dönüş artıq müşahidə edilir. Sözsüz ki, bu dönüşü daha mütəşəkkil formaya salmaq üçün biz ilk növbədə bələdiyyə-vətəndaş münasibətlərinin yaxınlaşması və yaxşılaşmasına nail olmalıyıq. Eyni zamanda bələdiyyələrin qanunvericiliyə münasibətini yaxşılaşmadırmalıyıq, qanunlara əməl olunması təmin edilməlidir. Bunlar olandan sonra həm vətəndaşları bələdiyyələrin fəaliyyətində yaxından iştirak edəcək, həm də bələdiyyə vətəndaşların sorğuları, fikirləri ilə onların istəklərini nəzərə alaraq öz işlərini onların tələbləri əsasında quracaq. Bu isə yerlərdə daha real, daha vacib və lazım olan işlərin həyata keçirilməsinə şərait yaradacaq.
- Son bir ildə bələdiyyələrin özünün fəaliyyətində belə demək mümkünsə, tərpəniş varmı?
- Əlbəttə, var. Ədliyyə Nazirliyinin ötən ilin yekunlarına dair hesabatında da göstərilirdi ki, bəzi bələdiyyələr inzibati cəzalar alıb, bəzi bələdiyyələrin işi hüquq-mühafizə orqanlarına göndərilib. Bununla yanaşı həmin hesabatda bələdiyyələrin fəaliyyəti ilə bağlı çox yaxşı nümunələr də əksini tapmışdı. Məsələn, bir çox bələdiyyələr artıq ölkənin sosial-iqtisadi inkişafına öz töhfələrini verə biliblər. Mən bir çox bələdiyyələrin fəaliyyəti ilə tanışam və onların timsalında xeyli irəliləyişlərin olduğunu qətiyyətlə söyləyə bilərəm. Təkcə mənim özümün təmsil olunduğum Ağcabədi rayonundan nümunə gətirə bilərəm ki, orda şəhər bələdiyyəsi son bir ildə 100 min manatdan çox vergi yığıb. Əlbəttə bu, bir şəhər bələdiyyəsi üçün yaxşı göstəricidir. Bu vergilər icarəyə verilmiş torpaqların, müəyyən xidmət sahələrinin hesabına əldə edilib. Bu vəsaitlər isə yerli əhəmiyyətli sosial-iqtisadi məsəllərin həllinə sərf olunub. Məsələn, həmin bələdiyyə Ağcabədində şəhərində mərkəzi küçələrindən birinə müasir standartlara uyğun asfalt örtüyü çəkib. Digər yaşıllaşdırma tədbirləri həyata keçirib, aztəminatlı ailələrə lazımi köməkliklər göstərib. Bu cür nümunələrə bir çox bələdiyyələr barədə o cümlədən Biləcəri bələdiyyəsi, Gəncədə Kəpəz bələdiyyəsi barədə demək olar. Bir çox belə bələdiyyələr var ki, onlar yüksək səviyyəli iş nümunələrinə malikdir. Belə nümunələr əlbəttə ki, bələdiyyələrin fəaliyyətin bir dönüşdür. Çox pis haldır ki, bir çox bələdiyyələr işləyir, yaxşı nümunələr göstərir, ancaq onlar özlərini təbliğ etməkdə acizdirlər. Bəzən mətbuat, yaxud hansısa ictimai təşkilat müəyyən sorğular keçirir, rəylər öyrənir və əldə etdiyi nəticələri geniş auditoriyaya çatdırır. Bələdiyyələrinin özlərində belə təşəbbüslər yoxdur, gərək bələdiyyələr də özləri təşəbbüs göstərsinlər. Əlbəttə ki, problemləri var, ancaq yaxşı işləri təbliğ etmək lazımdır. Çünki belə nümunələr gələcəkdə başqa bələdiyyələr üçün bir örnək ola bilər. Bir çox bələdiyyə nümayəndələri beynəlxalq təcrübəni öyrənmək üçün tez-tez xaricə gedirlər. Ancaq onlar xaricdə öyrəndiklərini gəlib burada yaymırlar, gördükləri yaxşı nümunələri digər bələdiyyələrlə bölüşüb müzakirələr aparmırlar. Hazırda regionlarda çox geniş müzakirələr gedir, amma mən mətbuatda bu müzakirələrə dair hansısa məlumatlara, analizlərə rast gəlmirəm. Gərək bələdiyyələr 8-10 rayon bələdiyyəsinin iştirak etdiyi zona müşavirələrində qaldırılan məsələləri mətbuatda, yaxud müəyyən dairələrdə şərh etsinlər ki, söhbətin nədən getdiyi mümkün qədər daha geniş yayılsın. Çünki fikir mübadiləsi gedən zaman hansısa yeni ideyalar ortaya çıxır, daha düşünülmüş mexanizmlər hazırlana bilər. Belə şərhlər, izahatlar olanda vətəndaşlar da görər ki, bələdiyyələr doğrudan da işləyir, ən azından inkişaf etmək üçün nəyəsə can atır. Ona gör də hesab edirəm ki, bu sahədə çox ciddi tədbirlər görülməlidir. Həmçinin maarifləndirmə işləri aparılmalıdır.
- Bəzən bələdiyyələr mətbuatla, ictimaiyyətlə əlaqələrinin zəif olmasını bu sahədə çalışa bilən mütəxəssislər saxlamaq üçün maliyyə imkanlarının olmadığını bildirirlər…
- Bu, çox əsassız fikirdir. Çünki bələdiyyələrin çoxunda çalışanlar arasında ziyalılar, müəllimlər, jurnalistlər var və onlar bu işləri apara bilərlər. Həmçinin bələdiyyənin aparatında bu işlərlə məşğul olan adamlar var ki, onlar istənilən vaxt büdcə məsələləri ilə məşğul olur, vergi və ödənişlər yığır. İctimaiyyətlə, mətbuatla əlaqə bu işçilərin birinə həvalə oluna bilər və onlar bir neçə mətbuat orqanına zəng edib keçirdiyi tədbir, yaxud da yeniliklər barədə məlumat verə bilər. Hazırda ölkədə 1718 bələdiyyə var, onların hərəsindən ayda bir dəfə mətbuatda informasiya getsə, mən mətbuatda informasiya bolluğu artar, həm də cəmiyyətdə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatlı olar.
- Sonuncu seçkilərdən az əvvəl kiçik bələdiyyələr birləşdi. Bu islahat gözlənilən nəticəni verdimi?
- Əslində birləşən bələdiyyələrin heç bir fəaliyyəti gözə görünmürdü. Onların bu işləri görmək üçün nə maliyyə və texniki imkanları, nə də kadr potensialı yox idi. Dövlətdən aldıqları kiçik həcmli dotasiya isə yalnız orada çalışanların əməkhaqqısına, idarənin saxlanmasına xərclənirdi. Ancaq indi birləşəndən sonra həmin bələdiyyələrin fəaliyyətində xeyli irəliləyişlər müşahidə olunur. Doğrudan da indi bu sahədə canlanmanın olduğunu söyləyə bilərik. Hətta bu yaxınlarda Almaniyadan gəlmiş nümayəndələr də birləşən bələdiyyələrin fəaliyyətində canlanmanın olduğunu söyləyiblər. Hesab edirəm ki, kiçik bələdiyyələrin birləşməsi istiqamətində tədbirlər davam etdirilməlidir. İndi ölkədə 1718 bələdiyyə var, hələ bu da çoxdur, ona görə də proses davam etməlidir.
Elxan SALAHOV

701