Mağazadan oğurluq edən 2 yeniyetmə saxlanıldı
15 oktyabr 2025 20:38 (UTC +04:00)

Mağazadan oğurluq edən 2 yeniyetmə saxlanıldı

0

Mağazadan oğurluq edən yeniyetmələr saxlanılıb.

Lent.az xəbər verir ki, hadisə paytaxt ərazisində baş verib.

Belə ki, Balaxanı qəsəbə sakininin ona məxsus mağazadan pul vəsaitinin oğurlanması ilə bağlı polisə müraciəti daxil olub. Müraciət əsasında təhqiqat araşdırmaları aparılıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan, Yevlax rayon sakinləri B. Mukavadze və T. Bəkirova olması müəyyən edilib və onlar polis tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar