Mübariz İbrahimova verilən “İlin adamı” mükafatı təqdim edildi - FOTO
11 fevral 2011 11:16 (UTC +04:00)

Mübariz İbrahimova verilən “İlin adamı” mükafatı təqdim edildi - FOTO

Lent.az-ın məlumatına görə, mükafatın təqdimat mərasimi fevralın 10-da keçirilib. Tədbirdən öncə Milli Qəhrəmanın məzarı ziyarət olunub.

Mükafatın təqdimetmə mərasimində Milli Qəhrəmanın valideynləri iştirak ediblər. Tədbiri açıq elan edən “ANS Şirkətlər Qrupu”nun vitse-prezidenti Mirşahin Ağayev ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev Fondunun 2010-cu “İlin adamı”nı müəyyənləşdirərkən bu yeni adın sahibinin xidmətlərinə, onun millət və dövlət adına gördüyü işlərə, vətənpərvər əməllərə görə qiymət verildiyini önə çəkib.

Təqdim etmə mərasimində ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev də çıxış edib. O, əvvəlcə “İlin adamı” adını Azərbaycan Respublikası prezidenti İlham Əliyevə vermək istədiklərini etiraf edib. Amma seçim açıqlananda prezident İlham Əliyev təşəkkürünü bildirib və mükafatı Mübariz İbrahimova verməyi xahiş edib. Bundan sonra komissiya “İlin adamı” adının Milli Qəhrəman Mübariz İbrahimova verilməsi barədə qərar çıxarıb.

Mükafat Milli Qəhrəmanın atası Ağakərim İbrahimova təqdim olunub. Ona xüsusi diplom və 4 min manat pul mükafatı təqdim edilib.
# 1430

Oxşar yazılar