BQXK-nin nümayəndələri əsirlikdəki hərbçilərimizlə görüşüblər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndələri orada əsirlikdə olan Rafiq Rəhman oğlu Həsənov və Anar Xanbaba oğlu Hacıyevə baş çəkiblər.
Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva bildirib. Onun sözlərinə görə, iyulun 23-də həyata keçirilən başçəkmə zamanı BQXK əməkdaşları əsirlərin saxlanma şəraitinin monitorinqini aparıb, onlarla təkbətək görüşlər keçiriblər.
BQXK təmsilçiləri R. Həsənovdan ailəsinə çatdırmaq üçün məktub alıblar. A. Hacıyev isə ailəsinə məktub göndərməyib.
Bu gün BQXK-nın Bərdə ofisinin nümayəndələri R. Həsənovun ailəsi ilə görüşərək, onun məktubunu ailəsinə çatdırıblar və ailəsindən də ona aparmaq üçün məktub alıblar. A. Hacıyevlə görüş barədə də ailəsinə məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev isə Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, mayın 10-da saat 9.45-də Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

886