“Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan Xarici İşlər Nazirliyinin bir saylı vəzifəsidir” - MÜSAHİBƏ
Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıxovun APA-ya müsahibəsi
- Diplomatiya Günü kimi niyə məhz 9 iyul 1919-cu il tarixi götürülüb? Azərbaycan Xalq Cümhuriyyətinin bundan əvvəl xarici siyasət sahəsində gördüyü işlər nəzərə alınmırmı?
- 1918-ci ildə xarici işlər naziri təyin olunub, amma indiki mənada bir aparatın təsis edilməsi barədə rəsmi sənəd yalnız 1919-cu ildə imzalanıb. Bu məsələ ilə bağlı dövlət arxivində araşdırmalar aparılıb və müəyyən edilib ki, məhz 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinin əsasnaməsi təsdiq olunub. Bundan əvvəl XİN-in işini tənzimləyən hər hansı qurum rəsmi şəkildə təsis edilməmişdi. Ona görə də Azərbaycanın diplomatik xidmətinin tarixi həmin gündən başlayır.
- Sovet dövründə simvolik də olsa Xarici İşlər Nazirliyi fəaliyyət göstərib. Bu dövr Azərbaycanın diplomatiya tarixində hansı yeri tutur?
- Azərbaycanın diplomatiyası həm Xalq Cümhuriyyəti, həm SSRİ, həm də 1991-ci ildə SSRİ dağılarkən və Azərbaycan müstəqilliyini bərpa edərkən fəaliyyət göstərib. Sovet dövründə Azərbaycan diplomatiyası müxtəlif mərhələlərdən keçib. Birinci mərhələ İkinci Dünya müharibəsindən öncə, ikinci dövr müharibə zamanı, üçüncü dövr isə müharibədən sonrakı dövrü əhatə edib. Müharibə zamanı Azərbaycan diplomatları vacib strateji bölgələrdə iş aparıblar. 1941-1948-ci illərdə Sovet İttifaqı, İngiltərə və ABŞ İran ərazisinə qoşun yeritdikdən sonra İrandakı sovet missiyasının tərkibində hərbi nümayəndələrlə yanaşı, diplomatlar da olub. Onların sırasında kifayət qədər azərbaycanlı ictimai xadimlər və diplomatlar fəaliyyət göstərib. Həmin dövr bizim diplomatiya tarixində özünəməxsus iz qoyub.
- Hazırkı XİN-in formalaşdırılmasında hansısa ölkənin modelindən istifadə olunubmu? Nazirliyin strukturu necədir?
- SSRİ dövrü ilə müqayisədə kifayət qədər dəyişiklik baş verib. Birincisi, biz o vaxt ittifaq respublikası kimi başqa bir dövlətin tərkibində olmuşuq. Azərbaycan Sovet Sosialist Respublikasının Xarici İşlər Nazirliyinin qarşısında duran vəzifələr indikindən köklü şəkildə fərqlənirdi. Struktura gəldikdə isə, o vaxtkı XİN 15-20 nəfərdən ibarət olan qurum idi. Xarici siyasət mərkəzi hökumətin səlahiyyəti çərçivəsində olduğundan respublikaların XİN-ləri müstəqil şəkildə heç bir addım ata bilməzdilər, onlar daha çox protokol, məlumatın yayılması kimi funksiyalarla məşğul olurdular. 1991-ci ildə SSRİ dağıldı və biz öz xarici siyasət orqanımızı sıfırdan qurmağa başladıq. Təbii ki, vəzifələrimiz və funksiyalarımız tamamilə dəyişdi və buna paralel olaraq nazirliyin strukturu da dəyişməyə başladı. 1992-ci ildə ölkədə vəziyyət acınacaqlı idi, bizim maliyyə imkanlarımız da indikindən qat-qat zəif idi, hansısa ölkənin modelini özümüzdə tətbiq etmək üçün nə maddi, nə də texniki imkanımız yox idi. Struktura gəldikdə isə, bunu qarşımıza qoyulan vəzifələr müəyyənləşdirib.
İlk növbədə bizim üçün beynəlxalq təşkilatlar prioritet təşkil edirdi. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi beynəlxalq qurumlarda, ilk növbədə ATƏT və BMT çərçivəsində aparıldığı üçün biz bu beynəlxalq təşkilatlarla sıx işləməyə məcbur idik. Avropa ölkələri bizim üçün prioritet təşkil edirdi, çünki bunlar ATƏT-ə üzv ölkələrdir. Həmsərhəd ölkələrlə əlaqələr də həmişə prioritet olub. Ölkəmiz dünya ölkələri sırasında öz yerini tutduqdan sonra təbii ki, biz digər coğrafi bölgələri, beynəlxalq təşkilatları da kəşf etməyə başladıq və bu da nazirlikdə yeni şöbələrin, idarələrin qurulmasına səbəb oldu. Yeni kəşf etdiyimiz ölkə və beynəlxalq təşkilatlarda nümayəndəliklərimiz açılıb.
- Xarici siyasətdə prioritetlər dəyişibmi?
- Prioritetlər əsas etibarilə eyni qalıb, amma siyahısı daha da genişlənib. Hər dövlətin diplomatik xidmətinin əsas məqsədi öz ölkəsinin mənafelərini xaricdə özünəməxsus yollarla təmin etməkdir. Diplomatik xidmət o zaman güclü olur ki, təmsil etdiyi dövlət də güclü olsun. Dövlətin imkanları artdıqca, diplomatik xidmətin imkanları və qarşısında duran vəzifələr də artır. Prioritetlər dəyişməyib, genişlənib və dərinləşib.
- Xaricdəki diplomatik nümayəndəliklərin və diplomatların sayı barədə məlumat verməyinizi xahiş edirik.
- Hazırda XİN-də və Naxçıvan üzrə idarədə 350 nəfərə yaxın əməkdaş çalışır. XİN əməkdaşları 2 hissəyə bölünür: bilavasitə diplomatik xidmət əməkdaşları, diplomatik rütbəsi olanlar və inzibati-texniki heyət. Xaricdə 64 diplomatik nümayəndəliyimiz - səfirliklər, beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklər və baş konsulluqlar fəaliyyət göstərir. Hazırda 51 səfirlik, 6 baş konsulluq və 7 nümayəndəliyimiz var. Xaricdə çalışan diplomatlarımızın sayı 600-ə yaxındır. Bu, digər dövlət qurumları ilə müqayisədə o qədər də çox deyil. Səfirliklərin və nazirliyin mərkəzi aparatında çalışan əməkdaşların səyi nəticəsində qarşımıza qoyulan vəzifələri lazımı səviyyədə yerinə yetirməyə çalışırıq.
- Bu günlərdə Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın Baş Konsulluğu açılıb. Daha hansı diplomatik nümayəndəliklərin açılması planlaşdırılır?
- Yekaterinburqda Baş Konsulluğun təsis edilməsi haqqında prezidentin fərmanı 2 ildən çoxdur qüvvədədir. Bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev Sultan Qasımovu Yekaterinburqa baş konsul vəzifəsinə təyin edib. Artıq o, nazirlikdə konsulluğun praktik fəaliyyətə başlaması ilə bağlı müxtəlif görüşlər keçirir. Avqust-sentyabr ayında konsulluq fəaliyyətə başlayacaq. Bir neçə ölkədə Azərbaycanın səfirliklərinin təsis edilməsi haqqında fərmanların da icrasına hazırlıq gedir. Bunlar Argentina, Tailand, Vyetnam və Xorvatiyadır. Konstitusiyamıza əsasən diplomatik nümayəndəliklər və konsulluqların rəhbərlərini prezident təyin edir, onlar praktik işə başladıqda səfirliklər fəaliyyətə başlamış sayılır.
- Batumidə Baş Konsulluq açılacaqmı?
- Bu barədə düşünürük. Gürcüstan, xüsusən də Batumi Azərbaycan üçün çox vacib olan bir nöqtədir. Bizim neft və qaz kəmərlərimiz Gürcüstandan keçir, dəniz limanları, neftayırma zavodları var, bunlar hamısı Azərbaycandan göndərilən məhsulların ixracı üçün çox vacibdir. Bu istiqamətdə iş gedir.
- Nazirlikdə işə qəbul sistemi özünü doğruldurmu? Diplomatik Akademiya kadr hazırlığı işinə töhfə verməyə başlayıbmı?
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunu 2001-ci ildə qəbul olunub. Dövlət qurumlarına işə qəbulun test yolu ilə aparılması anlayışı o qanunda öz əksini tapıb. Diplomatik xidmət öz işini “Diplomatik xidmət haqqında” qanuna əsasən qurur, amma işə qəbul məsələsi “Dövlət qulluğu haqqında” qanunla tənzimlənir. 2005-ci ildən başlayaraq biz test üsulu ilə işə qəbula başlamışıq. Artıq 4 dəfə işə qəbulu imtahan yolu işə aparmışıq. Nazirliyin rəhbərliyinin fikri budur ki, bu sistem özünü doğruldub. Əlbəttə, hər sistem gərək inkişaf etsin, hər dəfə çalışırıq ki, bu sistemi təkmilləşdirək, amma prinsip etibarilə diplomatik xidmətə gənc əməkdaşların imtahan yolu ilə qəbulu özünü tam doğruldub. Dörd ildə təxminən 80-ə qədər gənc diplomatı işə qəbul etmişik, onların böyük əksəriyyəti xaricdəki nümayəndəliklərdə çalışır. Gənc diplomatlar Azərbaycanın gələcəyidir, 1-2, bəziləri isə 3 xarici dil bilən, yaxşı təhsil almış insanlardır. Nazirliyin özündə də bir sıra məsələlərin həlli tələb olunur, ilk növbədə lazımi şərait yaratmaq, onları istiqamətləndirmək lazımdır ki, bu da nazirliyin vəzifəsidir. Nazir Elmar Məmmədyarov şəxsən bu məsələyə böyük diqqət yetirir, gənc diplomatların işə qəbulu və yerləşdirilməsi ilə daim maraqlanır.
XİN Diplomatik Akademiyasının yaranması bizim üçün çox böyük nailiyyətdir, diplomatik xidmətin inkişafı üçün böyük töhfədir. Hazırda testdən müvəffəqiyyətlə keçən şəxslər 6 ay müddətində akademiyada mühazirə kursu, seminarlar, praktik dərslər keçirlər və 6 ay sonra biz onları XİN-ə daimi işə qəbul edirik. 3-4 həftə əvvəl 26 gənc nazirin əmri ilə işə qəbul olunub. Diplomatik Akademiyanın işi qısamüddətli kurslarla başlamışdı, indi artıq orta müddətli kurslar təşkil olunub. Hazırda 2 kurs davam edir, nazirlik əməkdaşlarının ixtisasartırma kursları təşkil olunur, bu il ilk dəfə olaraq magistraturaya qəbul həyata keçirilib. Təxminən 20-25 nəfər magistratura dərslərinə başlayıb. Akademiya tam həcmli ali təhsil verən bir ali təhsil ocağıdır, artıq onun infrastrukturu, binasının tikintisi məsələləri həll olunur. Ümidvarıq ki, bina istifadəyə verildikdən sonra Diplomatik Akademiya magistratura ilə yanaşı, 4 illik universitet proqramı şəklində tələbə qəbulunu da həyata keçirəcək. Onda bizə lazım olan kadrları Diplomatik Akademiyadan əldə edəcəyik.
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri xaricdə yaymaq üçün bütün diplomatik imkanlardan istifadə olunurmu?
- Uzun illərdir Ermənistanla Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri ölkəmiz üçün ən ağrılı, diplomatik xidmətin qarşısında duran ən önəmli məsələdir. Münaqişənin həlli bizim nazirliyin qarşısında bir saylı vəzifə kimi durur. Münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırmaq, Azərbaycanın mövqeyini müdafiə etmək diplomatik nümayəndəliklərimizin borcudur. Bu işlər nazirlikdən səfirliklərə göndərilən təlimatlar vasitəsilə və ilk növbədə orada çalışan əməkdaşların zəhməti və səyləri nəticəsində həyata keçirilir. Bəzi ölkələrdə münaqişə ilə bağlı həqiqətləri çatdırmaq daha asandır, bəzi ölkələrdə və beynəlxalq təşkilatlarda bu ya digər səbəblərə görə müəyyən müqavimət var. Bəzi təşkilatlarda bu işi görmək daha rahatdır, bəzilərində çətindir. Biz deyə bilmərik ki, hər yerdə qapılar üzümüzə açılır və biz asanlıqla bu işi yerinə yetiririk. Əgər asan olsaydı, bir çox məsələləri asanlıqla yerinə yetirərdik.
- Diplomatiyanın 90 illiyi ilə bağlı hansı tədbirlər keçiriləcək?
- Diplomatik xidmətin 90 illiyi bizim nazirlik üçün önəmli məsələdir. Azərbaycanın xarici siyasətinə dair sənədlər toplusu çap etməyə başlamışıq. 2004-2008-ci illəri əhatə edən sənədləri 10 cildlik silsilədə çap edirik və artıq iki cild hazırdır. Bu, Azərbaycanın ədəbiyyat tarixində ilk belə nəşrdir. İndi isə 2004-dən üzü aşağı gedəcəyik. Xalq Cümhuriyyəti dövrünə aid sənədlərin toplusunu çap etməyə başlamışıq. Sənədlərin orijinalı və fotosurəti o kitaba salınıb. Bununla bağlı səfirliklərə tapşırıq vermişik və bir çox yerdən – Rusiyadan, Belçikadan, İsveçrədən, İtaliyadan, İngiltərədən və digər ölkələrin dövlət arxivlərindən əldə edilmiş sənədlərin surətlərini səfirlərimiz bizə göndəriblər. Elə sənədlər var ki, ilk dəfə işıq üzü görəcək. İngilis dilində “Azərbaycanın xarici siyasətinin formalaşdırılması” adlı kitab hazırlamışıq. Kitab həm Azərbaycan, həm də xarici müəlliflərin yazdıqları məqalələrdən ibarət olacaq. Məqalələr Azərbaycanın xarici siyasətinin müxtəlif aspektlərinə həsr olunub: Azərbaycanın Avropa, Asiya, Şimali Amerika ölkələri ilə münasibətləri, Ermənistanla münaqişə, enerji məsələləri, beynəlxalq təşkilatlarda Azərbaycanın fəaliyyəti və s. İyulun 8-də kitabın təqdimatı olacaq və konfrans keçiriləcək. Diplomatik Akademiya ingilis dilində məqalələr toplusu nəşr edib. Ən vacib kitab isə “Azərbaycan diplomatiyasının tarixi” adlı kitabdır. 3 cilddən ibarət olan kitabın birinci cildi Xalq Cümhuriyyətinin xarici siyasətinə həsr olunub və iyulun 9-da həmin cildin təqdimatı keçiriləcək. Birinci cildin müəllifi millət vəkili, professor Cəmil Həsənlidir. İkinci cild sovet dövrünə həsr olunacaq, üçüncü cild isə 1991-ci ildən bu yana olan dövrü əhatə edəcək. İkinci cildin müəllifi professor Musa Qasımlıdır. Üçüncü cild də ümidvarıq ki, ilin sonuna kimi çıxacaq. “Azərbaycan diplomatiyasının tarixi” adlı sənədli film də sifariş vermişik. Film hazırdır və gələn həftə nümayiş olunacaq. Ssenari müəllifi məşhur kinodramaturq Ziya Şıxlinskidir və onun ssenarisi əsasında Azərbaycanda, Gürcüstanda və başqa ölkələrdə çəkilişlər aparılıb, materiallar toplanıb. Film həm Azərbaycan, həm də xarici dillərdə səslənəcək. Xaricdəki səfirliklərimizdə də yubileylə bağlı müxtəlif mövzularda konfranslar keçirilir. On gündür mini futbol üzrə turnir gedir, orada nazirliyin futbol komandası və Bakıda yerləşən xarici səfirliklərin komandaları iştirak edir. İyulun 8-də turnirin finalı olacaq. İyulun 6-da Gəncədə, ayın 7-də isə Naxçıvanda tədbir keçirəcəyik. Gəncənin Azərbaycan Respublikasının müstəqillik tarixində özünəməxsus yeri var. Biz Gəncədə bu tədbiri keçirməklə istəyirik ki, Azərbaycan diplomatiyasını təbliğ edək və səfirlərimizə də imkan verək ki, ölkəmizin qərb bölgəsinin inkişafı ilə tanış olsunlar. İyulun 7-də Naxçıvana gedirik. Naxçıvan siyasi və strateji cəhətdən çox vacib bölgədir. İstərdik ki, səfirlərimiz oranın da inkişafını öz gözləri ilə görsünlər.
- Diplomatik xidmətə görə hansısa mükafatlar təsis olunubmu?
- Nazir Elmar Məmmədyarovun əmri ilə “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” adlı döş nişanı təsis edilib. Bu nişan Azərbaycan Respublikasının xarici siyasətinin təbliğ olunmasına və Azərbaycan haqqında xaricdə məlumatların yayılması işinə böyük töhfələr vermiş Azərbaycan və xarici ölkələrin vətəndaşlarına verilə bilər.

1255