Ögey bacısına görə atasını küçədə öldürdü
31 avqust 2024 20:00 (UTC +04:00)

Ögey bacısına görə atasını küçədə öldürdü

Türkiyədə oğul atasını öldürüb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Manisa şəhərinin Şahzadələr qəsəbəsində baş verib. Mehmet Emin Uzmen atası Ahmet Uzmeni motosikletlə yol kənarına gətirib. Burada onlar arasında mübahisə düşüb və oğul odlu silahla atasının sinəsinə 2 dəfə atəş açaraq, onu öldürüb.

Daha sonra o, həmin silahla polisə gedərək təslim olub. Polisə ifadəsi zamanı atasını 19 yaşlı ögey bacısını istismar etdiyi üçün öldürdüyünü deyib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1176
avatar

Oxşar yazılar